"SOCAR "yaşıl enerji" sahəsində regional genişlənməni nəzərdən keçirir"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) süni intellekt əsaslı, verilənlərlə idarə olunan, inteqrasiya edilmiş və diversifikasiya olunmuş enerji şirkətinə transformasiya prosesindədir.
Bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin açılış tədbirində çıxışında məlumat verib.
O bildirib ki, şirkət neft-qaz sektorunun ənənəvi seqmentlərində – hasilat, nəqliyyat, emal və ticarət sahələrində öz fəaliyyətini davam etdirməklə yanaşı, portfelini enerji keçidi və "yaşıl enerji" istiqamətində genişləndirir:
"Yaşıl əməliyyat bölməmiz artıq bir neçə ildir ki, müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq edərək günəş və külək enerjisi sahəsində fəaliyyət göstərir. Hazırda biz regional miqyasda genişlənmə imkanlarını nəzərdən keçiririk. Bu isə o deməkdir ki, genişlənmə barədə düşünmək üçün artıq müəyyən təcrübə toplamışıq, eyni zamanda "yaşıl enerji"nin yalnız günəş və küləklə məhdudlaşmayan fərqli komponentlərini də araşdırırıq".
Z. Mustafayeva vurğulayıb ki, dövlət şirkəti kimi SOCAR ölkənin dayanıqlı inkişaf strategiyasına, sənaye siyasətlərinə, habelə Azərbaycan Prezidenti tərəfindən uğurla formalaşdırılmış iqtisadi siyasət və strategiyalara uyğun fəaliyyət göstərir: "Biz həmin istiqamətlərlə tam həmahəngik və onları böyük məsuliyyət hissi ilə reallaşdırırıq. Təbii ki, baş verən dəyişikliklərə uyğunlaşırıq və bunu strategiyamızı müvafiq şəkildə adaptasiya etməklə həyata keçiririk".
Vitse-prezident qeyd edib ki, cari ildə SOCAR Dallasda keçirilən Dünya İqtisadi Forumunda "Lighthouse" (Mayak) mükafatına layiq görülüb:
"Bu o deməkdir ki, Azərbaycanda fəaliyyət göstərən SOCAR-ın Karbamid zavodunda tətbiq edilən süni intellektlə idarə olunan rəqəmsal həllər, avtomatlaşdırma və müxtəlif texnoloji innovasiyalar beynəlxalq səviyyədə diqqət çəkib. Bunun nəticəsində əldə etdiyimiz təcrübə və unikal şərtlər tanınıb, indi isə bu bilikləri dünya ilə bölüşmək mümkündür. Digər bir nümunə isə BTC-dir. 20 illik fəaliyyət tarixinə malik bu nəhəng infrastrukturun operatorluğu BP-dən SOCAR-a ötürülüb. Bu, belə miqyaslı infrastrukturu idarə etmək üçün yerli potensialımızın mövcud olması deməkdir. Biz bu təcrübəni inkişaf etdirmişik və onu paylaşmaq mümkündür. Bu, yalnız bir ölkə ilə deyil, başqa dövlətlərlə də bölüşülə bilər. Çünki BTC bir neçə ölkəni əhatə edən layihədir".
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
9 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























