“Kredit Evi” ASC-nin 50 faizinə sahib olan səhmdarlarından biri dəyişib
“Kredit Evi” Açıq Səhmdar Cəmiyyətinin səhmdar strukturunda dəyişiklik baş verib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı bildirişdə qeyd olunub.
Bildirişə əsasən, “Kredit Evi” ASC-nin 50 faiz paya sahib səhmdarı Hüseynov Kazım Hətəmxan oğlu nominal dəyəri 20 manat olan 10 min 100 ədəd adi, adlı, sənədsiz səhmləri bağışlama müqaviləsi əsasında Hüseynova Dürrə Hətəmxan qızına bağışlayıb.
Sənədə əsasən, Hüseynova Dürrə Hətəmxan qızı 16 aprel 2026-cı il tarixindən etibarən “Kredit Evi” ASC-nin 50 faiz paya sahib yeni səhmdarıdır.
Hesablamalara görə, bağışlanan səhmlərin ümumi nominal dəyəri 202 min manat təşkil edir. Bu payın şirkətin 50 faizinə bərabər olduğu nəzərə alınarsa, “Kredit Evi” ASC-nin səhmlərinin ümumi nominal dəyərinin 404 min manat olduğu görünür.
“Kredit Evi” ASC-nin 50 faiz paya sahib digər səhmdarı Əzizov Səbuhi Məmmədsanı oğludur.
Bildiriş “Kredit Evi” ASC-nin direktoru Elşad Bağırov tərəfindən imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























