Kapital Bank səhmdarlarına dividend ödənilməsi məsələsini müzakirə edəcək
“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, bankın səhmdarlarına ünvanladığı bildirişə əsasən, yığıncaq 28 iyul 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisinin 17-ci mərtəbəsindəki “Silicon Valley” otağında baş tutacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ili üzrə nəticələr əsasında səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.
Bundan başqa, bankın Müşahidə Şurasının əsasnaməsinə dəyişiklik edilməsi məsələsinə də baxılacaq.
Səhmdarlar yığıncağın gündəliyi üzrə materiallarla 28 iyul 2026-cı il tarixində bankın rəsmi internet səhifəsində yerləşdiriləcək keçid vasitəsilə tanış ola biləcəklər.
Bildiriş “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov tərəfindən imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























