BOKT bazara 5 milyon manatlıq istiqraz çıxarır - İNVESTORLARA 15% VƏ 18 % GƏLİR VƏDİ
Bakı Fond Birjasının Listing Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Marja.az xəbər verir ki, BOKT “International” ASC ümumilikdə 5 milyon manat həcmində istiqraz buraxılışı həyata keçirəcək. Buraxılış 5 ayrı istiqraz emissiyası üzrə reallaşdırılır. Hər emissiya üzrə 10 min ədəd istiqraz yerləşdiriləcək, bir istiqrazın ilkin ticarət qiyməti isə 100 manat müəyyən edilib.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlar formasında buraxılır. Qiymətli kağızların yerləşdirilməsi kütləvi/rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Buraxılışlardan biri AZ2052021022 ISIN kodu ilə emissiya edilib. Bu istiqrazlar üzrə ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 24 ay təşkil edir. Ticarətə buraxılma tarixi emitent tərəfindən bildiriləcək.
Digər 4 emissiya üzrə isə istiqrazların illik gəlirlilik faizi 18%, tədavül müddəti 36 ay müəyyən edilib. Bu emissiyaların hər birinin həcmi 1 milyon manatdır.
AZ2049021028 və AZ2048021029 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 13 iyul 2026-cı il tarixində keçiriləcək. AZ2051021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi 14 iyul 2026-cı il, AZ2050021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi isə 17 iyul 2026-cı il tarixində baş tutacaq.
Bütün buraxılışlar üzrə hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. İstiqraz emissiyaları üzrə anderrayter qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.
Qeyd edək ki, BOKT “International” ASC-nin istiqraz emissiyası qeyri-bank kredit təşkilatlarının kapital bazarından maliyyələşmə imkanlarını genişləndirməsi və investorlar üçün yüksək gəlirli sabit gəlir alətlərinin sayının artması baxımından diqqət çəkir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























