SOCAR və “Technip Energies Italy S.p.a.” anlaşdı
SOCAR-ın prezidenti “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru ilə görüşüb. Anlaşma Memorandumu “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.9 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
59 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























