“PAŞA Bank”ın səhmlərinin son qiyməti
Bakı Fond Birjasında ticarət olunan “PAŞA Bank”ın səhmləri ucuzlaşıb.
Marja.az xəbər verir ki, 55 manat ilkin yerləşdirmə qiyməti ilə ticarətə buraxılan 1 "PAŞA Bank" səhmi hazırda 53 manata alınır (investorlardan alış qiyməti), 54.50 manata satılır (investorlara satış qiyməti) (Bakı vaxtı ilə saat 14:40 olan məlumat).
1 səhmin ortaçəkili qiyməti 54,40 manat təşkil edib. Orta çəkili qiymət (istinad qiyməti) son 2 gündə 2,23% düşüb. İyulun 7-də "PAŞA Bank"ın səhminin orta çəkili qiyməti 55,65 manatadək yüksəlmişdi.
Hazırda "PAŞA Bank" səhmi ilkin yerləşdirmə qiymətindən (55 manat) 3,6% aşağı qiymətə alınır, 1%-ə yaxın aşağı qiymətə satılır. Beləliklə, ilkin yerləşdirmə zamanı 55 manatdan "PAŞA Bank" səhmi almış investor, onu 2 manat ziyan etməklə 53 manata sata bilər.
19 İyun 2026-cı il tarixində "PAŞA Bank”ın səhmləri Bakı Fond Birjasının "Əsas bazarı"nda listinqə daxil edilib.
Səhminin qiymətinin düşməsilə əlaqədar olaraq "PAŞA Bank”ın kapitalizasiyası 11 milyon 195 min 109,6 manat azalaraq 1 milyard 26 milyon 218 min 380 manatdan 1 milyard 15 milyon 23 min 270,4 manata düşüb.
Qeyd edək ki, "PAŞA Bank" ASC-nin nizamnamə kapitalının 5%-i (hər birinin nominal qiyməti 20 manat olan 18 658 516 səhm) sərbəst tədavüldədir.
Bazar kapitalizasiyası: Şirkətin buraxılmış bütün səhmlərinin ümumi bazar dəyəridir. Səhmlərin sayı cari qiymətə vurularaq hesablanır.
PAŞA Bank 2025-ci il üzrə ilk dividend ödənişini elan edib
04 İyul 2026-cı il tarixində "PAŞA Bank" ASC press-reliz yaymışdır. Press-relizdə bildirilir:
"PAŞA Bank ASC 18 iyun 2026-cı il tarixində keçirilmiş Səhmdarların Ümumi Yığıncağının qərarından irəli gələrək 2025-ci il maliyyə nəticələri üzrə cəmi 107 milyon AZN dividend məbləğinin ödənişini nəzərdən keçirmişdir.
Dividend ödənişi iki mərhələdə həyata keçiriləcək və ilk mərhələ çərçivəsində səhmdarlara 53,5 milyon AZN ödəniləcək. Dividend məbləği Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına köçürüləcəkdir.
İlk dividend ödənişi ilə bağlı əsas məlumatlar:
• Dividend məbləği: 53 milyon 521 min 500 manat
• Hüquq tarixi: 8 iyul 2026, saat 18:00 tarixinə MDM-in apardığı səhmdarların reyestrində qeyd edilən şəxslər
• Ödəniş tarixi: 10 iyul 2026
Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM-in apardığı 8 iyul 2026-cı il, saat 18:00 tarixinə olan səhmdarların müvafiq reyestrinə əsasən müəyyənləşdiriləcəklər. Qeyd edək ki, PAŞA Bank ASC səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, 8 iyul 2026-cı il, saat 18:00 tarixinə olan səhmdarların müvafiq reyestrində həmin tarixdən 1 iş günü əvvəl (7 iyul 2026-cı il 16:30-dək) baş tutan səhm alışları nəzərə alınacaqdır.
PAŞA Bank ASC təsdiq edir ki, səhmlərinin ilkin kütləvi təklifi (IPO) zamanı Bankın səhmlərini əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdirlər. Dividendlərin ikinci hissəsinin ödənişi 2026-cı ilin oktyabr ayı ərzində nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsini nəzərə alaraq, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu səbəbdən dividend ödənişləri zamanı 5% ödəmə mənbəyində vergi tutulmayacaq və fiziki şəxs investorlara vəsait tam həcmdə köçürüləcək.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin ilkin kütləvi təklifi (IPO) 19 iyun 2026-cı ildə uğurla başa çatmışdır. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına təkan verib".
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























