Azərbaycanda “Polygraf Labs” mərkəzi yaradılacaq – 200 yeni iş yeri açılacaq
“Polygraf AI” şirkətinin həmtəsisçisi Yaqub Rəhimov Azərbaycanda “Polygraf Labs” mərkəzinin yaradılmasının planlaşdırıldığını açıqlayıb.
Marja.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi ölkədə süni intellekt və kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək verməkdir.
Məlumata görə, yeni mərkəzin fəaliyyəti çərçivəsində Azərbaycanda 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. “Polygraf Labs”ın Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə xidmət göstərən regional texnologiya qovşağına çevrilməsi planlaşdırılır.
Yaqub Rəhimov bildirib ki, “University Demo Day” tədbirində iştirak edən tələbələrdən bəzilərini gələcəkdə “Polygraf AI” komandasının üzvü kimi görməkdən məmnun olardı.
Şirkət, həmçinin regionda təhlükəsiz və suveren süni intellekt təşəbbüslərinin inkişafını dəstəkləmək məqsədilə 6-cı “University Demo Day” müsabiqəsində ilk üç yeri tutan komandalara ümumilikdə 5 min ABŞ dolları dəyərində “Polygraf AI” kreditləri təqdim edib.
“University Demo Day”in qalibləri açıqlanıb
Müsabiqənin qalibi ADA Universitetini təmsil edən “QuickRecap” komandası olub. Komandanın hər bir üzvü “Code Academy”də istənilən karyera proqramı üzrə 100 faiz təhsil təqaüdü qazanıb.
İkinci yeri ADA Universitetinin “Seeder” komandası tutub. Komanda üzvlərinin hər biri “Code Academy”nin “AI for Everyone” proqramı üzrə 100 faiz təhsil təqaüdü əldə edib.
Üçüncü yerə isə Azərbaycan Texniki Universitetinin “StipUp” komandası layiq görülüb. Bu komandanın üzvlərinə də “AI for Everyone” proqramı üzrə tam təhsil təqaüdü təqdim olunub.
“Seeder”ə 10 min dollarlıq investisiya təklifi
Tədbir çərçivəsində “Caucasus Ventures” vençur kapitalı fondunun nümayəndəsi Samir Hacıbəyli “Seeder” startapını xüsusi olaraq fərqləndirib. Startapa 10 min ABŞ dolları məbləğində şərti investisiya öhdəliyi təqdim edilib. Bundan əlavə, komandanın bir nümayəndəsi oktyabr ayında təşkil olunacaq Silikon Vadisi səfərinə dəvət olunub.
Təşəbbüslərin Azərbaycanda tələbə startaplarının inkişafına, süni intellekt üzrə yeni layihələrin formalaşmasına və texnologiya sahəsində məşğulluğun artırılmasına töhfə verəcəyi gözlənilir.
“Baku ID”, “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplara və investisiyalara yönəlmiş, Azərbaycanın aparıcı innovasiya tədbirlərindən biridir. "Baku ID" çərçivəsində "University Demo Day" tədbiri keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
10 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 13 saat əvvəl
-
13 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
13 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı































