“Azər-Türk Bank” ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümü qeyd olundu
İclas çərçivəsində “Azər-Türk Bank” ASC-nin 2026–2028-ci illəri əhatə edən Strateji İnkişaf Planı təqdim olunub.1995-ci il 11 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə əsası qoyulan “Azər-Türk Bank” ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümüdür.
Azərbaycanın müstəqillik tarixində yeni iqtisadi islahatların həyata keçirildiyi və ictimai-siyasi sabitliyin bərqərar olduğu bir dövrdə təsis edilən Azər Türk Bank ötən 31 il ərzində ölkənin bank-maliyyə sektorunun inkişafına mühüm töhfələr verərək etibarlı maliyyə institutlarından birinə çevrilib.
Bu gün Bank rəqəmsal transformasiya strategiyasına uyğun olaraq müasir texnologiyaların tətbiqi, innovativ filial konsepsiyasının inkişafı, təmassız ödəniş həllərinin genişləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin təkmilləşdirilməsi və müştəriyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Həyata keçirilən islahatlar nəticəsində müştərilərə təqdim olunan xidmətlərin keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldilib.
Fəaliyyətə başlamasının 31-ci ildönümü münasibətilə “Azər-Türk Bank” ASC-nin rəhbər heyətinin və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclasda çıxış edən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva Dövlət Bankının ötən dövr ərzində əldə etdiyi nəticələrdən, həyata keçirilən institusional islahatlardan, rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, Bankın əsas prioriteti müştəri məmnuniyyətinin artırılması, innovativ maliyyə xidmətlərinin inkişafı, korporativ idarəetmənin daha da təkmilləşdirilməsi və ölkənin iqtisadi inkişafına töhfə verməkdir.
Daha sonra İdarə Heyətinin digər üzvləri də Bankın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə təqdimatlarla çıxış edərək 2026-cı ilin ilk yarımilliyinin maliyyə nəticələri, həyata keçirilən layihələr və qarşıda duran əsas hədəflər barədə məlumat veriblər.
İclas çərçivəsində “Azər-Türk Bank” ASC-nin 2026–2028-ci illəri əhatə edən Strateji İnkişaf Planı təqdim olunub. Sənəddə Bankın əsas rolunun biznes müştəriləri üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, korporativ və KOB seqmenti müştərilərinin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirərək, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun – istehsalın, ixracın, və innovasiyaların maliyyələşdirilməsi istiqamətində müasir maliyyə həlləri vasitəsilə ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verilməsi təyin olunub. Bununla yanaşı, rəqəmsal transformasiyanın sürətləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, korporativ idarəetmənin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması əsas strateji prioritetlər kimi müəyyən edilib.
İclasda Dövlət Bankının davamlı inkişafı və bazardakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında da məlumat verilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























