TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb.
Bu barədə Marja.az-a TuranBank-dan bildirilib.
Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər kiçik və orta biznesin, xüsusilə ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarına çıxışını daha da genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq.
Qeyd edək ki, sözügedən investisiya TuranBank-ın ölkəmizin dayanıqlı iqtisadi inkişaf strategiyasına dəstək istiqamətində atdığı növbəti uğurlu addımıdır.
Incofin İnvestisiya Fondu haqqında:
Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrində fəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondunun meneceridir. 1 milyard ABŞ dollarından çox idarə olunan aktivlərə malik olan Incofin, Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət təcrübəli komandaya sahibdir. Yarandığı gündən etibarən Incofin 5 milyard ABŞ dollarından artıq həcmdə borc və kapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarında sahibkarların inkişafını dəstəkləyib. Maliyyə təcrübəsini ölçülə bilən sosial və ekoloji təsirlə birləşdirən Incofin, ən çox ehtiyac duyulan regionlarda dayanıqlı iqtisadi inkişafın təşviqinə və uzunmüddətli müsbət təsirin yaradılmasına töhfə verir.
Daha ətraflı məlumat üçün: www.incofin.com
TuranBank ASC haqqında:
TuranBank 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank öz müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.
Daha ətraflı məlumat üçün: www.turanbank.az
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























