“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artıb, kapitalı 12.8% böyüyüb
Bankın əməliyyat mənfəəti 30% artıb.
2026-cı ilin ilk 6 ayı ərzində "Azər-Türk Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil etmişdir.
"Azər-Türk Bank"ın yaydığı press-relizdə bildirilir ki, Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlmiş, depozit portfeli isə 30% artaraq 1,5 milyard manata çatmışdır.
Hesabat dövrünün sonuna Bankın aktivləri 129,8 milyon manat artaraq 2 milyard manatı, kredit portfeli isə 828 milyon manatı keçmişdir.
2026-cı ilin ilk altı ayında Bankın gəlirləri 92,5 milyon manat, o cümlədən faiz gəlirləri 69,8 milyon manat, qeyri-faiz gəlirləri isə 22,7 milyon manat təşkil etmişdir.
Hesabat dövründə ATB beynəlxalq mükafata layiq görülüb
Hesabat dövründə “Azər-Türk Bank” beynəlxalq nüfuza malik Capital Finance International (CFI.co) nəşri tərəfindən “Green Banking Sustainability Pioneer Azerbaijan 2026” (“Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026”) mükafatına layiq görülüb. Bu mükafat bankın dayanıqlı inkişaf və ESG prinsiplərini fəaliyyətinə uğurla inteqrasiya etməsinin, yaşıl maliyyələşdirmənin inkişafına verdiyi töhfənin və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
Bank ilin ən nüfuzlu IFBS 2026 forumunun rəsmi tərəfdaşı oldu
Həmçinin Bank Bakıda keçirilən və regionun aparıcı maliyyə-bank tədbirlərindən biri olan “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” (IFBS 2026) forumunda rəsmi tərəfdaş qismində iştirak etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə keçirilən forum qlobal maliyyə trendlərinin, regional əməkdaşlığın, ödəniş sistemlərinin inteqrasiyasının və beynəlxalq tərəfdaşlığın inkişafının müzakirəsi üçün mühüm platforma olmuşdur.
Dövlət proqramlarında qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına dəstək
Hesabat dövründə “Azər-Türk Bank” Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında müvafiq sərəncamlarından irəli gələn hədəflərin həyata keçirilməsinə dəstəyini davam etdirmişdir. Bu çərçivədə Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiya xəstəsi uşaqlara dəstək məqsədilə qanvermə aksiyası təşkil etmiş, əməkdaşları isə aksiyada könüllü iştirak etmişlər.
Eyni zamanda, Bank təhsil və gənclərin inkişafına yönəlmiş təşəbbüslərini genişləndirərək Bakı Ali Neft Məktəbi (BANM) ilə Anlaşma Memorandumu imzalamışdır. Memorandum elm və təhsilin istehsalatla inteqrasiyasını, tələbələrin təcrübə proqramlarının təşkilini və gənc mütəxəssislərin məşğulluğunu nəzərdə tutur. Təhsilə və gənclərin inkişafına verdiyi davamlı töhfəyə görə “Azər-Türk Bank” cari ildə Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə fəaliyyət
Bu ilin aprel ayında daha bir əhəmiyyətli saziş imzalanmışdır. Ölkədə enerji ehtiyatlarından səmərəli istifadəni və enerji effektivliyini dəstəkləmək məqsədi ilə ‘Azər - Türk Bank’ və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müqavilə bağlanmışdır.
Bu sazişdə əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























