Expressbankda yeni təyinat
Expressbank ASC-də yeni kadr təyinatı baş tutub.
Bankın Biznes bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov Biznes bankçılıq departamentinin direktor müavini vəzifəsinə təyin edilib.
Yaşar Cabarov ali təhsilini Azərbaycan Texniki Universitetində tamamlayıb.
Yaşar Cabarov maliyyə sektorunda 20 ildən çox peşəkar təcrübəyə malikdir.
O, karyerasına “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyət göstərməklə başlamış, 2005-ci ildən etibarən maliyyə sektorunda çalışmışdır. Bu müddət ərzində "AccessBank" QSC-də kredit mütəxəssisi, "TBC Kredit" BOKT MMC-də filial müdiri, "Yelo Bank" ASC-də isə Mikro kreditləşmə departamentinin Satışın təşkili şöbəsinin müdiri və Mikro biznes müştəriləri departamentinin meneceri vəzifələrində fəaliyyət göstərib.
2023-cü ilin oktyabr ayından Expressbank ASC-nin Biznes Bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov mikro biznes kreditləşməsi sahəsində satış strategiyalarının inkişafı, kredit portfelinin böyüdülməsi, biznes proseslərinin optimallaşdırılması və komandanın idarə olunması istiqamətində uğurlu nəticələr əldə edib.
Yaşar Cabarovun yeni vəzifədə fəaliyyətinin Expressbankın biznes bankçılıq istiqamətində strateji hədəflərinə nail olunmasına, mikro biznes seqmentinin inkişafına və müştəriyönümlü xidmətlərin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























