"Kapital Bank"ın portfelində ən yüksək artım biznes kreditləri üzrə olub
Kapital Bankın cəi kredit portfeli 6 milyard manata yaxınlaşıb“Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi məbləği 2026-cı il iyunun 30-na 5 milyard 953,9 milyon manata çatıb.
Marja.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə kredit portfelinin həcmi 5 milyard 371,8 milyon manat təşkil etmişdi. Beləliklə, “Kapital Bank”ın ümumi kredit portfeli bir il ərzində 582,1 milyon manat və ya 10,8% böyüyüb.
Biznes kreditləri portfelin əsas artım mənbəyi olub
Hesabat dövründə ən yüksək artım biznes kreditləri üzrə qeydə alınıb. “Kapital Bank”ın biznes kreditləri 324,3 milyon manat və ya 18,9% artaraq 1 milyard 720,3 milyon manatdan 2 milyard 44,6 milyon manata yüksəlib.
Nəticədə biznes kreditlərinin ümumi kredit portfelindəki payı 2025-ci ilin iyunundakı 32%-dən 2026-cı ilin iyununda 34,3%-ə çatıb. Bu dəyişiklik Bankın kredit portfelində biznes maliyyələşdirilməsinin mövqeyinin gücləndiyini göstərir.
İstehlak kreditləri 3,3 milyard manatı keçib
“Kapital Bank”ın istehlak kreditləri bir il ərzində 274,3 milyon manat və ya 9% artaraq 3 milyard 323,2 milyon manata çatıb. 2025-ci ilin müvafiq dövründə bu göstərici 3 milyard 48,9 milyon manat idi.
İstehlak kreditləri 55,8%-lik payla Bankın kredit portfelinin ən böyük istiqaməti olaraq qalır. Bununla belə, bu seqmentin portfeldəki payı illik müqayisədə təxminən 0,9 faiz bəndi azalıb.
Daşınmaz əmlak kreditləri azalıb
Digər əsas kredit istiqamətlərindən fərqli olaraq, “Kapital Bank”ın daşınmaz əmlak kreditləri üzrə portfeli kiçilib. Bu kreditlərin həcmi 16,5 milyon manat və ya 2,7% azalaraq 602,6 milyon manatdan 586,1 milyon manata düşüb.
Daşınmaz əmlak kreditlərinin ümumi portfeldəki payı da 11,2%-dən 9,8%-ə geriləyib.
Xalis kredit portfeli 5,3 milyard manata çatıb
Mümkün kredit zərərləri üçün yaradılmış məqsədli ehtiyatların məbləği 72,6 milyon manat və ya 11,7% artaraq 691,8 milyon manata yüksəlib. 2025-ci ilin iyununda bu göstərici 619,2 milyon manat təşkil etmişdi.
Ehtiyatlar çıxıldıqdan sonra “Kapital Bank”ın xalis kredit portfeli 509,5 milyon manat və ya 10,7% artaraq 4 milyard 752,6 milyon manatdan 5 milyard 262,1 milyon manata çatıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























