Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək
“Baku Steel Company” QSC (bundan sonra – BSC) ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyinin yenilənməsi və rəqəmsallaşdırılması layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və BSC-nin Baş direktoru Kamal İbrahimov imzalayıblar.
Layihə çərçivəsində ev-muzeyin ekspozisiya məkanları, texniki infrastrukturu və memorial sahələri müasir muzey standartlarına uyğun yenilənəcək. Məqsəd Tahir Salahovun zəngin bədii irsinin qorunması, daha müasir təqdimat vasitələri ilə geniş auditoriyaya çatdırılması və ziyarətçilər üçün interaktiv muzey təcrübəsinin yaradılmasıdır.
Memorandumun imzalanması ilə bağlı çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Xalq rəssamı Tahir Salahovun Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, sənətkarın ev-muzeyinin müasir yanaşmalar əsasında yenilənməsi onun irsinin qorunması və daha geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
BSC-nin Baş direktoru Kamal İbrahimov isə vurğulayıb ki, Tahir Salahov Azərbaycan təsviri incəsənətinin ən görkəmli nümayəndələrindən biri kimi milli mədəni irsimizin dünyada tanıdılmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, sənətkarın zəngin yaradıcılığının qorunaraq müasir təqdimat vasitələri ilə gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Kamal İbrahimov qeyd edib ki, BSC milli-mədəni dəyərlərin qorunmasına və təbliğinə yönələn təşəbbüslərə dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur, sənaye və neft-qaz sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir. BSC-nin məhsulları beynəlxalq standartların tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















