Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
(®) Kart balansını yoxlamaq, kartı blokdan çıxarmaq, yeni kart sifariş etmək, kreditlə bağlı məlumat almaq, kart üzrə vəsaitin geri qaytarılma prosesini izləmək və ya bank əməliyyatları ilə bağlı sual yarandıqda bir çox insanın ilk etdiyi filiala yaxınlaşmaq və ya Çağrı Mərkəzinə zəng etmək olur. Halbuki bankla bağlı bir çox məsələ üçün vaxt itirməyə gərək yoxdur. Əslində bank işlərini həll etməyin daha QISA YOLU VAR.
Belə ki, Birbank tətbiqindəki “AI assistent” vasitəsilə istifadəçilər yeni kart sifarişindən kreditə, köçürmələrdən depozitə qədər bank xidmətləri ilə bağlı suallarını yazaraq cavab ala, kart balansını və son əməliyyatlarını öyrənə, kart üzrə geri qaytarılma prosesini izləyə, filialların ünvanı və iş saatları haqqında məlumat əldə edə, özlərinə uyğun maliyyə təklifləri ilə tanış ola və bir sıra əməliyyatları birbaşa tətbiq üzərindən həyata keçirə bilərlər.
“AI assistent” səsli müraciətləri də dəstəkləyir və istifadəçilərə bank xidmətlərinə daha sürətli çıxış imkanı yaradaraq gündəlik bank işlərini daha rahat idarə etməyə kömək edir.
Qeyd edək ki, 2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri müraciətlərinin təxminən 40%-i intellektual botlar tərəfindən emal olunurdusa, hazırda bu göstərici 70%-ə yüksəlib. Bu dinamika müştərilərin AI əsaslı həllərə artan etimadını göstərməklə yanaşı, məmnuniyyət göstəricilərinin də 75%-ə çatmasına səbəb olub.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























