Euromoney nəşri Bank Respublikanı Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı elan etdi
Bank Respublika Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb(®) Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı” adına layiq görülüb
Qaliblərin adları Londonda keçirilən təntənəli Euromoney Awards for Excellence 2026 mükafatlandırma mərasimində elan edilib. Artıq 30 ildən çoxdur təqdim olunan bu mükafat bankçılıq sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və hər il yüksək nəticələr nümayiş etdirən, innovativ yanaşması və yüksək müştəri xidməti ilə seçilən dayanıqlı maliyyə institutlarını qiymətləndirir.
Bu nüfuzlu mükafatın Bank Respublikaya təqdim olunması Bankın mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, müasir bank həllərinin tətbiqi və ölkənin real sektorunun davamlı inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
“Euromoney” ekspertləri Bankın fəaliyyətini qiymətləndirərkən kiçik və orta biznes seqmentində əldə etdiyi dayanıqlı nəticələri, sahibkarlar üçün məhsul və xidmət portfelinin davamlı genişləndirilməsini, rəqəmsal bankçılıq həllərinin inkişafını, biznes proseslərinin təkmilləşdirilməsini, eləcə də Bankın Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafına verdiyi əhəmiyyətli töhfəni xüsusi qeyd ediblər.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bununla bağlı bildirib: “Nüfuzlu “Euromoney” nəşri tərəfindən mükafata layiq görülməyimiz sahibkarlığın dəstəklənməsi və müasir bank həllərinin inkişafı istiqamətində həyata keçirdiyimiz ardıcıl fəaliyyətə verilən yüksək qiymətdir. Bu mükafat bizim üçün təkcə əldə etdiyimiz nəticələrin beynəlxalq səviyyədə tanınması deyil, həm də inkişaf strategiyamızın dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən biri tərəfindən yüksək qiymətləndirilməsidir. Bizə göstərilən etimada görə müştərilərimizə və tərəfdaşlarımıza, həmçinin peşəkarlığı, fədakarlığı və gündəlik əməyi ilə bu uğura töhfə verən Bank Respublika rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümüzü bildiririk. Məhz birgə səylərimiz sayəsində bu nüfuzlu beynəlxalq mükafata layiq görülmüşük.”
Qeyd edək ki, Euromoney beynəlxalq maliyyə nəşri 1969-cu ildən fəaliyyət göstərir və dünya bankçılıq və maliyyə sektorunun ən nüfuzlu informasiya mənbələrindən biri hesab olunur. Awards for Excellence mükafatı isə hər il 100-dən çox ölkədə fəaliyyət göstərən bank və maliyyə institutlarının maliyyə nəticələri, innovasiyalar, rəqəmsal transformasiya, müştəri xidmətlərinin keyfiyyəti, biznes modelinin səmərəliliyi və strateji inkişafı kimi meyarlar əsasında həyata keçirilən hərtərəfli qiymətləndirmənin nəticələrinə uyğun olaraq təqdim edilir. Bu mükafat dünya bankçılıq sənayesində ən nüfuzlu beynəlxalq tanınma göstəricilərindən biri hesab olunur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























