“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin ikinci rübünü 4.8 milyon manat mənfəətlə başa vurub
"Yapı Kredi Bank Azərbaycan" 2026-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən rübü uğurla bitirən bankın 2026-ci ilin ikinci rübün sonuna xalis mənfəəti 4.8 milyon manat təşkil edib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 40% artaraq 32.5 milyon manat, qeyri-faiz gəlirləri 7% artaraq 14.6 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20.8 milyon manat olmuşdur.
Keçən ilin sonu ilə müqayisədə bankın ümumi aktivləri 10% artaraq 871 milyon manat təşkil etmişdir.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 6% artaraq 497 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 335 milyon manat, istehlak kreditləri portfeli 95 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 67 milyon manat təşkil edibdir.
Bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 9% artaraq 573 milyon manat təşkil etmişdir, o cümlədən hüquqi şəxslərin depozitləri 469 milyon manat, fiziki şəxslərin depozitləri 104 milyon manat təşkil etmişdir.
2026-cı ilin 2-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 13.6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 15.4% olmuşdur.
Bankın rəqəmsal transformasiya və inkişaf istiqamətində həyata keçirdiyi investisiyalar davam etdirilir. Bu investisiyaların müsbət təsirlərinin qarşıdakı dövrlərdə bankın gəlirliliyinə daha əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Bankın tutulmalardan sonra məcmu kapitalı 111 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























