"Azər-Türk Bank"da ciddi transformasiyanın aparılması, biznes hədəflərinin dəyişdirilməsi labüddür"
2024-cü ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azər-Türk Bank" ASC-nin səhmlərinin 51%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi ilə Bankın inkişafında yeni mərhələnin əsası qoyulub.
Bunu "Azər-Türk Bank" ASC-nin (ATB) İdarə Heyətinin sədri Günel Nəbiyeva bildirirb.
Bankın sədri qeyd edib ki, bu ilin əvvəlində Bankın 2026–2028-ci illəri əhatə edən yeni inkişaf strategiyası təsdiqlənib:
"Həmin strategiya özlüyündə korporativ və KOB seqmentinin inkişafına fokuslanmağı, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun maliyyələşdirilməsində Bankın rolunun gücləndirilməsini, rəqəmsal transformasiyanın sürətləndirilməsini və dayanıqlı inkişaf prinsiplərini ön plana çəkir. Artıq məqsəd ATB-nin ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəni daha da gücləndirmək və bu istiqamətdə aparıcı maliyyə institutlarından biri kimi mövqeyini möhkəmləndirməkdir. Bu isə növbəti dövr ərzində Bankda ciddi transformasiyanın aparılmasını, biznes hədəflərinin dəyişdirilməsini və bu hədəflərə fokuslanan biznes proseslərinin qurulmasını labüd edir. Bu istiqamətdə artıq konkret transformasiya tədbirlərinin icrasına başlanıldığını da qeyd etmək mümkündür."
Günel Nəbiyeva vurğulayıb ki, müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal həllərin genişləndirilməsi və müasir bankçılıq məhsullarının inkişafı Bankın dayanıqlı inkişaf strategiyasının vacib elementləridir. Bu gün Bankın biznes modeli rəqəmsallaşma, əməliyyat səmərəliliyinin artırılması, resurs bazasının gücləndirilməsi və məhsul portfelinin şaxələndirilməsi prinsiplərinə əsaslanır.
ATB sədri əlavə edib ki, Bank istehsalın, ixracın və innovasiyaların maliyyələşdirilməsinə yönəlir:
"Bu gün şirkətlər banklardan yalnız maliyyələşmə deyil, həm də uzunmüddətli tərəfdaşlıq, çevik qərarlar və bizneslərinin inkişafını dəstəkləyən həllər gözləyirlər. ATB olaraq məqsədimiz korporativ və KOB müştəriləri üçün sadəcə maliyyə xidmətləri təqdim edən bank deyil, onların davamlı inkişafına töhfə verən etibarlı strateji tərəfdaş kimi çıxış etməkdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bu baxımdan fəaliyyətimizi sahibkarlığın inkişafının, istehsalın, ixracın və innovasiyaların maliyyələşdirilməsinə yönəldir, eyni zamanda biznes müştərilərimizin dəyişən ehtiyaclarına uyğun məhsul və xidmətlərimizi davamlı olaraq təkmilləşdiririk. Görülən işlər onlara çevik, innovativ və rəqabətqabiliyyətli maliyyə həlləri təqdim etməyə yönəlib.
Prioritetlərimizdən bəhs edərkən biznes bankçılığının rəqəmsallaşdırılmasını da qeyd etmək lazımdır. Bu istiqamətdə əsas hədəfimiz müştərilərimizin bank xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə istifadə etməsini təmin etməkdir".
"Sağlam maliyyə göstəricilərinə malik bank iqtisadiyyatın inkişafına daha böyük töhfə vermək imkanına sahib olur"
Günel Nəbiyeva qeyd edib ki, ATB-də bütün qərarlar prudensial tələblərə cavab verən sağlam risk idarəetməsi, maliyyə dayanıqlılığı və uzunmüddətli dəyər prinsiplərinə əsaslanır: "Bizim üçün dövlətimizin prioritet hesab etdiyi layihələrin maliyyələşdirilməsi bankın kommersiya səmərəliliyinin qorunması qədər əhəmiyyətlidir. Hesab edirəm ki, sağlam maliyyə göstəricilərinə malik bank iqtisadiyyatın inkişafına daha böyük töhfə vermək imkanına sahib olur".
Günel Nəbiyeva inanır ki, 2028-ci ilin sonuna qədər ATB korporativ müştərilər və sahibkarlar üçün etibarlı, peşəkar və uzunmüddətli əməkdaşlıqda üstünlük verilən banklardan biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























