Yaponiyanın ixracı və idxalı iyunda 2022-ci ilin noyabrından bəri ən yüksək templə artaraq proqnozları üstələyib
Yaponiyanın ixracı iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 2022-ci ilin noyabrından bəri ən yüksək artım tempini nümayiş etdirib.
Marja xəbər verir ki, artıma yarımkeçirici istehsalında istifadə olunan avadanlıqların tədarükünün çoxalması və yenin zəifləməsi təkan verib.
İxracın artımı Reuters-in sorğusunda iştirak edən iqtisadçıların 18,6%-lik proqnozunu üstələyib. Artım tempi may ayında qeydə alınmış 16,8%-lik göstəricidən də yüksək olub.
Asiya ölkələrinə ixrac 22,7% artıb. Xüsusilə Tayvana ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 46,4% yüksəlib. Yaponiyanın ən böyük ticarət tərəfdaşı olan Çinə ixrac 17,6%, ABŞ-yə məhsul tədarükü isə illik müqayisədə 13% artıb.
Yaponiyanın ixracındakı artımda yarımkeçiricilərin tədarükü mühüm rol oynayıb. Süni intellekt sektorundakı sürətli inkişaf fonunda Tokyo Electron, Renesas Electronics və Advantest kimi yerli texnologiya şirkətlərinin səhmləri ilin əvvəlindən indiyədək 50–93% bahalaşıb.
İyun ayında yarımkeçiricilərin ixracı 53,8% artıb.
İxracın dəyər ifadəsində kəskin yüksəlməsinə baxmayaraq, fiziki həcmi iyunda cəmi 0,2% artıb.
Məlumatların açıqlanmasından sonra Yaponiyanın əsas Nikkei 225 fond indeksi 1,56% yüksəlib.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 37 d. əvvəl
-
52 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
2 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb






















