Azərbaycanın neft fondu gəlir və xərclərinə dair məlumat yaydı
Fondun aktivləri 2026-cı ilin ilk yarısında azalıb.2026-cı ilin yanvar-iyun ayları üzrə:
- ARDNF-nin aktivləri 72,6 milyard ABŞ dolları (123 milyard manat) təşkil etmişdir.
- Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər 3,6 milyard manat təşkil etmişdir.
- Neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 4,9 milyard manat olmuşdur.
- Dövlət büdcəsinə ARDNF tərəfindən 6,4 milyard manat köçürülmüşdür.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat), 2026-cı il iyun ayının 30-na isə, 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil etmişdir.
2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 milyard 531, 3 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 milyard 953,4 milyon manat olmuşdur. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 milyard 577,9 milyon manat təşkil etmişdir. Büdcə xərcləri hesabat dövrü üzrə 6 milyard 449,7 milyon manat təşkil etmişdir.
Neft-qaz gəlirləri:
- ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 953,4 milyon manat olmuşdur, o cümlədən:
- mənfəət neftinin və qazın satışından 4 milyard 947,6 milyon manat,
- bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat
- akrhesabı ödənişləri 4,9 mln manat
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə xərcləri:
- Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 6 milyard 420,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
- Layihə xərcləri. 2026-cı ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 14,3 milyon manat yönəldilmişdir, o cümlədən:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 2,1 milyon manat,
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 12,3 milyon manat.
- İdarəetmə xərcləri.Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,4 milyon manat təşkil etmişdir.
Büdcədənkənar xərclər:
Hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən yaranan büdcədənkənar xərc 3 milyard 688,1 milyon manat təşkil etmişdir.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.
Birinci rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləmişdir. Birinci rübün sonlarından etibarən bu meyil əksinə dönmüş, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirmiş və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olmuşdur. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir etmiş, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirmişdir.
Qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət nəticələr göstərmiş, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün qalan hissəsində geriləmişdir. İkinci rübdə bazarlarda bərpa müşahidə edilmiş, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olmuşdur. İkinci rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərmiş və volatillik yenidən artmışdır.
Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 d. əvvəl
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
-
-
3 saat əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yarış Bakıya milyonluq iqtisadi impuls verir – Turist xərcləri kəskin yüksəlib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! ®
Tikintidə bahalaşma sürətlənib - Avqustda xərclər 10-dən çox artıb
Faizi hər ay ödəniləcək: BFB yeni istiqraz buraxılışına icazə verdi - İllik 15% gəlir











.png)











