Avropa İttifaqı "Yelo Bank"a qarşı sanksiyaları ləğv edib
Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi: "Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib"Avropa İttifaqı (Aİ) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb.
Bu barədə Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, maliyyə sektoru Aİ-nin sanksiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır, çünki məhdudiyyətlərdən yayınma ilə bağlı əməliyyatların əhəmiyyətli hissəsi məhz banklar vasitəsilə həyata keçirilir.
"Biz Azərbaycandakı "Yelo Bank"ı siyahıdan çıxara bildik, çünki o, bütün Rusiya sistemlərindən ayrılıb və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər tətbiq edib", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Eyni zamanda, Aİ sanksiyalardan yayınmağa kömək edən həm Rusiya banklarına, həm də üçüncü ölkələrin banklarına təzyiqləri artırmaqda davam edir.
Bundan əlavə, 21-ci paket çərçivəsində daha 33 Rusiya bankına məhdudiyyətlər tətbiq edilib. Həmin banklara əməliyyatlar aparmaq qadağan edilir və onlar maliyyə məlumatlarının mübadiləsi sistemi olan SWIFT-dən ayrılır.
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ Rusiyanın iri regional banklarına və artıq sanksiya altında olan bankları əvəz edən maliyyə qurumlarına diqqət yetirib.
Bundan əlavə, məhdudiyyətlərdən yayınmağa kömək etdiklərinə görə üçüncü ölkələrdəki üç banka - Monqolustandakı bir banka, Rusiyanın "Sberbank" və "VTB" banklarının Hindistandakı iki törəmə strukturuna, eləcə də Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə davam edən Qırğızıstandakı banka qarşı sanksiyalar tətbiq edilib.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, sanksiya təhlükəsi bir çox xarici bankları sanksiya rejiminin pozulması risklərini aradan qaldırmaq üçün öz fəaliyyətlərini əvvəlcədən nəzərdən keçirməyə və Avropa orqanları ilə qarşılıqlı əlaqədə olmağa sövq edir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























