Niyə əmanətlərin sığortalanması yalnız fiziki şəxslərə şamil olunur?
Hüquqi şəxslərin əmanətlərinin sığortalanması ilə bağlı Mərkəzi Bankla müzakirələr aparılır.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsində istər fiziki şəxslər, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, istərsə də hüquqi şəxslər üçün kompensasiya limitləri müəyyən edilir:
"Yəni onların əmanətlərinin yalnız müəyyən hissəsinin kompensasiya olunduğu modellər mövcuddur. Gələcəkdə bu modellərin daha dərindən təhlil edilərək qanunvericilik səviyyəsində təsbit olunması mümkündür. Bu istiqamətdə işlər aparılır, müxtəlif dövrlərdə yaranan çağırışlar da nəzərə alınır. Biz də bu məsələ üzərində düşünürük, Mərkəzi Bankla müzakirələr aparırıq. Hesab edirəm ki, bu istiqamətdə müəyyən qədər daha yetkin yanaşmanın formalaşmasına ehtiyac var. Çünki birdən-birə hüquqi şəxslərin bloklanmış vəsaitlərinin də tam həcmdə sığortalanması ciddi sığorta riskləri yarada bilər".
O qeyd edib ki, bunun üçün də bu məsələ çox diqqətlə təhlil edilməli, mövcud vəziyyət qiymətləndirilməli və yalnız bundan sonra hər hansı dəyişikliklər edilməlidir:
"Kənardan baxanda ilk baxışda bu diskriminasiya kimi görünə bilər və sual yarana bilər ki, niyə əmanətlərin sığortalanması yalnız fiziki şəxslərə şamil olunur. Lakin hüquqi şəxslərin vəsaitləri iqtisadi baxımdan daha dinamik xarakter daşıyır. Yəqin ki, tənzimləyici və qanunverici də məsələyə bu prizmadan yanaşır. Belə ki, hüquqi şəxslər üçün depozit hesablarında vəsait saxlamaq, məsələn, 12 % gəlirliliklə daha cəlbedici ola bilər. Halbuki ölkə iqtisadiyyatı baxımından həmin vəsaitlərin dövriyyədə olması daha məqsədəuyğun hesab edilir. Əgər məsələyə yalnız sığortaçı prizmasından yanaşsaq, hüquqi şəxslərin də əmanətlərini sığortalamaq, daha çox sığorta haqqı toplamaq və fondun maliyyə dayanıqlığını artırmaq mümkün olar. Ancaq iqtisadiyyat bütöv bir sistemdir. Bir sahədə edilən dəyişiklik başqa bir sahəyə də təsir göstərə bilər. Buna görə də belə qərarlar yalnız kompleks təhlillərdən sonra qəbul edilməlidir".
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























