Daxili borcun yarıdan çoxu dövlət qiymətli kağızlarından ibarətdir - Son göstəricilər açıqlandı
2026-cı il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon manat təşkil edib. Bu göstərici proqnozlaşdırılan ÜDM-in 12,2 faizinə bərabərdir.
Marja Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin Statistik Bülleteninə istinadən xəbər verir ki, daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və ya 10,2 faiz azalıb.
Daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.
Maliyyə Nazirliyinin məlumatına görə, dövlət qiymətli kağızlarının həcmi 2018-ci illə müqayisədə təxminən 6,8 dəfə artaraq 7 milyard 234,6 milyon manata çatıb.
2026-cı ilin birinci yarısında dövlət istiqrazları üzrə 1 milyard 971,9 milyon manat əsas borc geri ödənilib, faiz və diskont ödənişlərinə isə 275,9 milyon manat yönəldilib. Eyni zamanda daxili bazarda 200 milyon manatlıq yeni dövlət istiqrazı yerləşdirilib.
Hazırda dövriyyədə olan dövlət qiymətli kağızlarının 51,6 faizi 5 ilədək, 48,4 faizi isə 5 ildən artıq müddətə malik istiqrazlardan ibarətdir. Dövlət istiqrazlarının orta ödəmə müddəti 3,86 ilə yüksəlib.
Daxili dövlət borcunun azalması ilə yanaşı, dövlət qiymətli kağızları bazarının son illərdə sürətlə böyüməsi hökumətin borclanma strategiyasının daxili maliyyə bazarının inkişafına yönəldiyini göstərir.
Qısamüddətli istiqrazların azalması və uzunmüddətli istiqrazların payının artması refinansman risklərini azaldır və dövlət borcunun idarə edilməsini daha dayanıqlı edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























