Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
(®) Rabitəbank beynəlxalq ödəniş sisteminin genişləndirilməsi istiqamətində növbəti mühüm yeniliyə imza atıb. Bank UnionPay International ilə əməkdaşlıq çərçivəsində POS-terminal ekvayrinq şəbəkəsində UnionPay kartlarının qəbuluna başlayıb. Bununla da, artıq UnionPay kart sahibləri Rabitəbankın ölkə üzrə geniş POS-terminal şəbəkəsində alış-veriş və xidmət ödənişlərini rahat, sürətli və təhlükəsiz şəkildə ödəyə biləcəklər.
Yeni əməkdaşlıq Azərbaycanda beynəlxalq ödəniş infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, ölkəyə səfər edən milyonlarla xarici vətəndaş üçün ödəniş təcrübəsini daha rahat və əlçatan edir. Eyni zamanda, Rabitəbankın POS-terminal şəbəkəsinə qoşulmuş sahibkarlar heç bir əlavə texniki inteqrasiya tələb olunmadan dünyanın ən geniş kart şəbəkələrindən birinin istifadəçilərinə xidmət göstərmək imkanı qazanırlar.
Rabitəbank müasir ödəniş texnologiyalarının tətbiqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi strategiyasını ardıcıl şəkildə davam etdirir. UnionPay ilə əməkdaşlıq Bankın innovativ ödəniş həllərinin inkişafı, müştəri təcrübəsinin daha da yaxşılaşdırılması və yerli bizneslərin qlobal ödəniş ekosisteminə inteqrasiyasının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
2012-ci ildə təsis edilmiş UnionPay International, UnionPay-in qlobal fəaliyyətinin inkişafı və dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Hazırda UnionPay kartları dünyanın 183 ölkə və regionunda qəbul edilir və dünyanın ən böyük kart istifadəçi bazasına transsərhəd ödəniş xidmətləri təqdim edir. Regionda UnionPay xidmətlərinə artan tələbi nəzərə alan Rabitəbank gələcəkdə də UnionPay ilə əməkdaşlığını daha da genişləndirməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























