Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini ikiüzlü davranmaqda ittiham edib və Tehranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcəyini bəyan edib.

Bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən yaxın vaxtlarda danışıqların davam etdirilməsi üçün görüş istədiklərini deyir, digər tərəfdən isə ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla əlaqə saxladıqlarını iddia edirlər.

ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və Vaşinqtonun tətbiq etdiyi blokadanı “ABŞ-ın polad divarı” adlandırıb. Onun sözlərinə görə, razılaşma əldə olunmayınca və ya İran tam təslim olmayınca ölkəyə heç nə daxil olmayacaq və ölkədən heç nə çıxmayacaq.

Tramp əlavə edib ki, ABŞ uzun illərdir İranın yaratdığı problemin həlli üzərində işləyir və bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.

Tramp: Aparılan danışıqlar İran üçün münaqişənin sülh yolu ilə həlli baxımından son şansdır

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla hazırda aparılan danışıqlar İran üçün münaqişənin sülh yolu ilə həlli baxımından son imkandır.

Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Bu, onların son şansıdır”, – deyə Tramp vurğulayıb.

İş elanları AzVak.az-da

04.08.2026 00:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19