Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
Manatın arxasında duran güc və ya "təhlükəsizlik yastığı" böyüyür – Yeni rəqəmlər açıqlandı! Rəsmi valyuta ehtiyatları 13,8 milyard dollara yaxınlaşıb – İllik artım 23%-i ötüb. Son üç ay ərzində valyuta ehtiyatları təxminən 1,08 milyard ABŞ dolları artıb.Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, 2026-cı il iyulun 31-nə rəsmi valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dollarına çatıb.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 610,3 milyon ABŞ dolları və ya 4,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 576,7 milyon ABŞ dolları və ya 23,0% artıb.
2025-ci ilin sonu ilə müqayisədə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2025-ci il dekabrın 31-də Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon ABŞ dolları təşkil etdiyi halda, 2026-cı il iyulun 31-nə bu göstərici 13 milyard 767,9 milyon ABŞ dollarına yüksəlib. Beləliklə, son yeddi ay ərzində rəsmi valyuta ehtiyatları 2 milyard 253,0 milyon ABŞ dolları və ya 19,6% artıb.
İyul ayında qeydə alınan 610 milyon dollardan çox aylıq artım son dövrlərin ən güclü artımlarından biridir. Bu dinamika Mərkəzi Bankın xarici valyuta mövqeyinin daha da möhkəmləndiyini göstərir.
• Aylıq müqayisə (30.06.2026 – 31.07.2026): +610,3 milyon ABŞ dolları (+4,6%).
• İllik müqayisə (31.07.2025 – 31.07.2026): +2 milyard 576,7 milyon ABŞ dolları (+23,0%).
• 2025-ci ilin sonu ilə müqayisə (31.12.2025 – 31.07.2026): +2 milyard 253,0 milyon ABŞ dolları (+19,6%).
2026-cı il ərzində ehtiyatların artım trayektoriyası davamlı olub:
Yanvar – 11,56 milyard dollar
Mart – 11,66 milyard dollar
Aprel – 12,69 milyard dollar
May – 12,71 milyard dollar
İyun – 13,16 milyard dollar
İyul – 13,77 milyard dollar
Diqqət çəkən məqam odur ki, yalnız son üç ay ərzində valyuta ehtiyatları təxminən 1,08 milyard ABŞ dolları artıb.
Valyuta ehtiyatlarının artması ölkənin xarici maliyyə dayanıqlığını gücləndirən əsas göstəricilərdən hesab olunur. Ehtiyatların yüksəlməsi Mərkəzi Bankın mümkün xarici şoklara qarşı imkanlarını genişləndirir, maliyyə sabitliyini dəstəkləyir və manatın sabitliyinə əlavə təminat yaradır.
Bununla yanaşı, artım Azərbaycanın ixrac gəlirlərinin, xüsusilə enerji sektorundan daxilolmaların və ümumi xarici valyuta axınının yüksək səviyyədə qalmasının göstəricisi kimi də qiymətləndirilir. Mövcud dinamika qorunacağı təqdirdə, rəsmi valyuta ehtiyatlarının yaxın aylarda yeni rekord səviyyələrə yüksəlməsi mümkündür. Qeyd edək ki, ölkədə xarci valyutaya tələb azaldığından Mərkəzi Bank valyuta bazarına alış yönümlü müdaxilələr edir. Xarici valyutada vəsaitlərin artması Manatın bahalaşması yönümündə təzyiq göstərir və Mərkəzi Bank müdaxilələr ilə bu təzyiqi neytrallaşdırır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























