Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün hansı seçimlər var? ®
Tikintisi davam edən layihələr alıcıların diqqətini cəlb edir.
Metroya yaxın mənzillərə tələbat niyə artır?
Mənzil alarkən alıcıların ən çox diqqət yetirdiyi amillərdən biri lokasiyadır. Xüsusilə metroya yaxın layihələr həm gündəlik gediş-gəlişi asanlaşdırdığı, həm də gələcəkdə dəyər artımı baxımından üstünlük yaratdığı üçün daha çox seçilir. Məhz bu səbəbdən Biləcəridə yerləşən və "Avtovağzal" metro stansiyasına cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən "Biləcəri" yaşayış kompleksi alıcıların diqqətini cəlb edir.

"Biləcəri" yaşayış kompleksində 56 kv.m-dən 110 kv.m-dək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışdadır. Layihədə yeni satışa çıxarılan 77,52 kv.m və 77,64 kv.m sahəli 3 otaqlı studiya mənzillər isə optimal planlaşdırılması və funksional bölgüsü ilə hazırda alıcıların diqqət mərkəzindədir. Funksional planlanması sayəsində bu mənzillər həm gənc ailələr, həm də gələcəyini indidən planlaşdırmaq istəyən alıcılar üçün əlverişli seçim hesab olunur.
"Biləcəri" yaşayış kompleksi "Avtovağzal" metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya yaxınlıq həm şəxsi avtomobildən, həm də ictimai nəqliyyatdan rahat istifadə etməyə şərait yaradır. Bu isə işə, təhsil müəssisələrinə və şəhərin müxtəlif istiqamətlərinə gündəlik gediş-gəlişi daha rahat və vaxt itkisi olmadan planlaşdırmağa imkan verir.

Kompleksdə rahat yaşayış üçün lazım olan infrastruktur da nəzərə alınıb. Həyətdə geniş park, uşaqlar üçün oyun meydançası və uşaq bağçası yerləşir. Yaxınlıqda fəaliyyət göstərən 2 saylı tam orta məktəb isə məktəbli ailələr üçün əlavə üstünlük yaradır. Avtomobillər üçün yeraltı dayanacaq, ərazinin mühafizəsini təmin edən xüsusi xidmət və kamera nəzarət sistemi sakinlərin təhlükəsizliyi və rahatlığı üçün yaradılıb.
Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş şəkildə təhvil veriləcək. Mənzillərdə tətbiq olunan səs və istilik izolyasiyası daha sakit və komfortlu yaşayış təmin edir.
Layihənin digər üstünlüklərindən biri də optimal mənzil planlamasıdır. Çünki rahat mənzil yalnız böyük sahə demək deyil, eyni zamanda hər kvadratmetrin düzgün istifadə olunması deməkdir. "Kristal" bu layihədə mənzilləri məhz bu prinsiplə layihələndirib. Nəticədə 77,52 kv.m və 77,64 kv.m sahəyə malik 3 otaq studiya mənzillər geniş və funksional yaşayış hissi yaradır.

Mənzili 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya "Evini hissə-hissə al" modeli ilə əldə etmək mümkündür. Faizsiz və aylıq öhdəliksiz bu model sayəsində mənzilini kvadrat-kvadrat alaraq gələcəyinə dəyər qazandıran investisiya edə bilərsən.
Əgər sən də metroya yaxın, tam təmirli mənzil axtarırsansa, "Biləcəri" yaşayış kompleksində tikintisi davam edən 3 otaq studiya mənzillərlə yaxından tanış olmağın vaxtıdır.
Biləcəridə yaşıllığın əhatəsində tam təmirli mənzil sahibi olmaq üçün satış ofisinə yaxınlaş və ya *1544 nömrəsinə zəng edərək sənə uyğun mənzil haqqında ətraflı məlumat əldə et.
Ətraflı: *1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















