Amazon-un “Zoox” şirkəti ödənişli robotaksi xidmətinə başlayır
Taksi bazarında yeni savaş: Amazon-un sürücüsüz avtomobilləri yollara çıxır. “Waymo” və “Tesla”ya güclü rəqib – Amazon robotaksiləri işə salır. Amazon ilk tarifi açıqlayıb.Amazon-un avtonom nəqliyyat vasitələri istehsal edən “Zoox” şirkəti ABŞ-də kommersiya robotaksi xidmətini gələn həftə Las-Veqasda istifadəyə verəcəyini açıqlayıb.
Marja xəbər verir ki, şirkət ABŞ-nin yol hərəkəti təhlükəsizliyi tənzimləyicisinin insan müdaxiləsi olmadan işləyən robotaksilərin kommersiya məqsədilə istifadəsinə icazə verməsindən cəmi bir neçə gün sonra ödənişli səfərlərə başlayacağını bildirib.
Elektriklə işləyən “Zoox” robotaksiləri üz-üzə yerləşdirilmiş iki sıra oturacaqları və faytonu xatırladan qeyri-adi dizaynı ilə diqqət çəkir. Şirkət indiyədək Las-Veqas, San-Fransisko, Ostin və Mayamidə həyata keçirilən sınaq proqramları çərçivəsində sərnişinləri ödənişsiz daşıyıb.
“Zoox”un kommersiya fəaliyyətinə başlaması ABŞ-nin robotaksi bazarında rəqabəti daha da gücləndirir. “Alphabet”ə məxsus “Waymo” artıq bir sıra şəhərlərdə ödənişli sürücüsüz nəqliyyat xidməti göstərir. “Tesla” da robotaksi xidmətini istifadəyə verib. Şirkətlər avtonom nəqliyyat sifarişi bazarındakı fəaliyyətlərini genişləndirmək uğrunda rəqabət aparırlar.
“Zoox” bazar ertəsindən etibarən Las-Veqasda sərnişinlərdən gediş haqqı almağa başlayacağını açıqlayıb. Qiymətlərin digər taksi sifarişi platformalarının “komfort” kateqoriyasındakı tariflərə yaxın olacağı bildirilib. “Komfort” kateqoriyası standart xidmətlə müqayisədə, adətən, 20–40% yüksək ödəniş müqabilində daha yeni və geniş avtomobillər təqdim edir.
Şirkət digər şəhərlərdə ödənişli xidmətə nə zaman başlayacağı ilə bağlı hər hansı təqvim açıqlamayıb.
“Zoox” ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyasından (NHTSA) nəqliyyat vasitələrində insan idarəetmə vasitələrinin olmasını tələb edən federal qaydalardan azadolma alan ilk avtonom nəqliyyat sifarişi şirkəti olub. Bu qərar mövcud avtomobilləri avtonom nəqliyyat vasitələrinə çevirmək əvəzinə, robotaksiləri sıfırdan hazırlayan şirkətlər üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Lakin verilən icazə qarşıdakı iki il ərzində ildə maksimum 2 min 500 avtomobillə məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 37 d. əvvəl
-
52 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
2 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















