Azərbaycanın 70 milyard dollarlıq fondu Perunun nəhəng elektrik enerjisi şirkətinə investisiya yatırdı
Azərbaycanın neft pulları Perunun enerji sektoruna yönəldildi - Azərbaycanın Neft Fondu Perunun enerji nəhənginə sərmayə yatırdı. İnvestisiya yatırılan “Inkia Energy” şirkəti Perunun elektrik enerjisinin 22 faizini istehsal edir.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib.
Marja.az Fonda istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan “Canada Pension Plan Investment Board” (“CPPIB”) “Inkia Energy” şirkətinin 50 faiz payını “I Squared”-dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi və “I Squared” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.
“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.
Inkia Energy Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“I Squared Capital” haqqında
“I Squared Capital” orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq həcmdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktursahələrini əhatə edən geniş investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.
Hazırda “I Squared Capital”-ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
49 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
53 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























