Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb
"A-Qrup Sığorta" ASC bu ilin I yarısını 459 min manat mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 % azdır.
Yanvar-iyun aylarında "A-Qrup Sığorta"nın gəlirləri 11 milyon 130 min manat (1 il əvvələ nisbətən 10,7 % çox), xərcləri isə 10 milyon 671 min manat (10,9 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "A-Qrup Sığorta"nın aktivləri 28 milyon 416 min manat olub ki, bu da illik müqayisədə 0,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7 % artaraq 14 milyon 428 min manata çatıb, balans kapitalı isə 5,5 % azalaraq 13 milyon 987 min manata düşüb.
Xatırladaq ki, "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon 5 min manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
10 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 13 saat əvvəl
-
13 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
13 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı






























