AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edib
AccessBank Niderlandın sahibkarlığın inkişafı bankı olan FMO ilə 75 milyon dollar məbləğində, 4 il müddətinə nəzərdə tutulmuş multivalyutalı kredit xətti üzrə kredit sazişi imzalayıb. Kredit xətti 40 milyon dollar həcmində təsdiqlənmiş və 35 milyon dollar həcmində əlavə tranşdan ibarətdir.
Marja axəbər verir ki, cəlb olunan vəsait Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, qadın sahibkarların, gənc sahibkarların, eləcə də mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq maliyyə inklüzivliyinin artırılmasına və özəl sektorun dayanıqlı inkişafına töhfə verəcək.
"Güclü və inklüziv maliyyə sektoru özəl sektorun dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. AccessBank ilə tərəfdaşlığımız vasitəsilə sahibkarların investisiya qoyması, innovasiyalar tətbiq etməsi və yeni iş yerləri yaratması üçün mühüm əhəmiyyət daşıyan maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək oluruq. Bu saziş FMO-nun 2030 Strategiyasına uyğundur və uzunmüddətli iqtisadi artımı dəstəkləyən dayanıqlı yerli bazarların inkişafına xidmət edir" - bunu FMO-nun Maliyyə İnstitutları üzrə direktoru Frouke Hoekstra bildirib.
Yeni kredit xətti AccessBank-ın dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur. Bu vəsait Banka iqtisadiyyatın prioritet sahələrində kredit portfelini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına əlavə dəstək göstərməyə imkan verəcək.
AccessBank Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) maliyyə xidmətləri göstərən aparıcı banklardan biridir. 2002-ci ildə fəaliyyətə başladığı gündən etibarən Bank maliyyə resurslarına çıxışın genişləndirilməsi və özəl sektorun dayanıqlı inkişafının dəstəklənməsini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edib. AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), eləcə də digər nüfuzlu beynəlxalq maliyyə institutları və investisiya fondları yer alır.
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Təsir yönümlü aparıcı investor kimi FMO inkişaf etməkdə olan ölkələrdə və formalaşmaqda olan bazarlarda özəl sektorun dayanıqlı inkişafını perspektivli layihələrə və sahibkarlara investisiya yatırmaqla dəstəkləyir. FMO hesab edir ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsidir. Bank 55 ildən artıqdır ki, sahibkarları dəstəkləyərək yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə verir. FMO fəaliyyətini yüksək inkişaf potensialına malik üç əsas istiqamət üzrə cəmləşdirir: aqrobiznes, ərzaq və meşə təsərrüfatı, energetika, eləcə də maliyyə institutları.FMO-nun ümumi investisiya portfeli təxminən 15,3 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. Bu göstərici FMO-nu dünyada özəl sektorun inkişafını dəstəkləyən ən böyük ikitərəfli inkişaf banklarından birinə çevirir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























