Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
(®) Azercell rabitə infrastrukturunun dayanıqlığının artırılması və böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata keçirdiyi "Böhran İdarəetmə Qrupu" (BİQ) layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində Aztelekom-un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi təlim proqramı təşkil olunub.
Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə şəbəkəsinin fəaliyyətinin davamlılığının təmin edilməsi, operativ qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində Aztelekom-un bütün regional filiallarında keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının tətbiqinə töhfə verəcək.
Qeyd edək ki, "Dayanıqlı rabitə, təhlükəsiz həyat!" şüarı altında 2024-cü ildən etibarən Azercell, Aztelekom və Azerkosmos-un əməkdaşlığı ilə həyata keçirilən "Böhran İdarəetmə Qrupu" layihəsi rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və digər böhran hallarında operativ informasiya mübadiləsini, resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin e
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
47 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
51 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti

























