Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
Rabitəbank “Rahat bankçılıq” yanaşması ilə müştərilərinin gündəlik maliyyə ehtiyaclarına daha çevik həllər qazandırmağa davam edir. Bankın Kartmane Taksit kartı sahibləri üçün yeni kampaniyası alış-verişləri daha sərfəli şərtlərlə planlaşdırmağa, ödənişləri isə şəxsi büdcəyə uyğun şəkildə idarə etməyə şərait yaradır.
Belə ki, kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri POS-terminallar və onlayn platformalar vasitəsilə həyata keçirdikləri nağdsız ödənişləri 6 ayadək komissiyasız taksitə bölə biləcəklər. Taksitləşdirilə bilən əməliyyatlar üzrə minimal məbləğ 30 AZN müəyyən edilib. Bu yanaşma Kartmane Taksit kartının üstünlüklərindən böyük məbləğli alışlarla yanaşı gündəlik ödənişlərdə də istifadə etməyə şərait yaradır. Daha yüksək məbləğli alışlar üçün isə əlavə üstünlüklər nəzərdə tutulub. Məbləği 500 AZN/USD/EUR və daha yüksək olan əməliyyatları 6 aydan 12 ayadək taksitə böldükdə cəmi 1% komissiya tətbiq edilir. 12 aydan yuxarı müddət üçün komissiya 1,5% təşkil edir. Digər POS və onlayn nağdsız əməliyyatların 6 aydan yuxarı müddətə taksitləşdirilməsi zamanı da 1,5% komissiya nəzərdə tutulur.
Kampaniya 10 avqust 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün linkə https://rbt.az/yay-furseti keçid edə bilərsiniz.
Kartmane Taksit kartı alış-verişlə yanaşı, gözlənilməz maliyyə ehtiyacları zamanı da əlavə rahatlıq yaradır. Kartdan ATM vasitəsilə nağdlaşdırılan vəsaitlər üçün 70 günədək faizsiz güzəşt müddəti tətbiq olunur. Nağdlaşdırma əməliyyatının həyata keçirildiyi ayı izləyən ikinci ayın 10-dək istifadə olunan məbləğə faiz hesablanmır.
Rabitəbank müştərilərin dəyişən ehtiyaclarını nəzərə alaraq kart məhsullarının imkanlarını davamlı şəkildə genişləndirir, gündəlik maliyyə əməliyyatlarında çevikliyi artıran və müştəri təcrübəsinə əlavə dəyər qazandıran həllərin inkişafını davam etdirir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















