SOCAR-dan rekord sosial xərc – Bir ildə 412 milyon manat
SOCAR-dan 200 milyon dollarlıq “yaşıl” həmlə – Yeni strategiyanın detalları açıqlandı. SOCAR yerli şirkətlərə daha çox pul xərcləyib – Satınalmaların 88%-i Azərbaycandan.SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib. Şirkətin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən hesabatda SOCAR-ın Azərbaycanda həyata keçirdiyi əməliyyatlar və xarici ölkələrdəki əsas fəaliyyətləri üzrə dayanıqlılıq göstəriciləri beynəlxalq hesabatlılıq tələblərinə uyğun, şəffaf, etibarlı və müqayisə oluna bilən şəkildə açıqlanır.
2025-ci il SOCAR-da dayanıqlılığın korporativ idarəetmə sisteminə inteqrasiyası baxımından mühüm mərhələ olub. Hesabat dövründə şirkətdə ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi (Double Materiality Assessment) aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən edilib. Bununla yanaşı, ESG məlumatlarının vahid rəqəmsal platforma vasitəsilə idarə olunmasını təmin edən “ESG Data Platforması” istifadəyə verilib ki, bu da məlumatların keyfiyyətini, izlənilə bilənliyini və hesabatlılıq prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Hesabatda SOCAR-ın iqlim fəaliyyəti istiqamətində əldə etdiyi əsas nəticələr də öz əksini tapıb. Belə ki, SOCAR-ın 2025-ci ildə təsdiq olunan Dekarbonizasiya Yol Xəritəsində karbon və metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Hesabat ilində SOCAR-ın Azərbaycan üzrə əməliyyatlarında, əsasən SOCAR-ın "Azneft" İB-də sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) həyata keçirilməsi nəticəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.
Şirkət hesabat dövründə dayanıqlı maliyyələşmə istiqamətində də mühüm addımlar atıb. SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları məbləğində Yaşıl İstiqrazlar buraxıb.
İnsan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri olaraq qalır. 2025-ci ildə Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları da daxil olmaqla, əməkdaşların inkişaf məqsədilə bir sıra proqramlar həyata keçirilib. SOCAR Qrupun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil olunub, Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib. Eyni zamanda, hesabat ilində SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat olub.
Hesabatda SOCAR-ın yerli iqtisadiyyatın inkişafına verdiyi töhfə də öz əksini tapıb. 2025-ci ildə SOCAR-ın Azərbaycan Respublikası üzrə yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82 faizdən 88 faizə yüksəlib. Bu nəticə yerli təchizat zəncirinin inkişafına, yerli bizneslərin dəstəklənməsinə və ölkə daxilində iqtisadi dəyərin artırılmasına SOCAR-ın davamlı töhfəsini əks etdirir.
Ümumilikdə hesabat SOCAR-da dayanıqlılığın korporativ idarəetmə, əməliyyat fəaliyyəti və strateji qərar qəbuletmə proseslərinə inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri nümayiş etdirir.
Qeyd edək ki, GRI Standartlarına, o cümlədən GRI 11: Neft və Qaz Sektoru Standartına uyğun hazırlanan hesabat “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdəki filialı tərəfindən müstəqil təminat yoxlamasından keçirilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), SASB və Avropa Dayanıqlılıq Hesabatlılığı Standartlarının (ESRS) prinsipləri nəzərə alınıb.
2025-ci il üzrə Dayanıqlılıq Hesabatı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























