Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2025-ci il ərzində qlobal enerji bazarları geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də təbii qaza artan tələbin təsiri altında  olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq, ötən ildə də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib".

Marja.az xəbər verir ki. bu, SOCAR-ın yaydığı məlumatda deyilir.

Reklam_3_11

Qeyd edilib ki, 2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib. Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3,0 milyard manat olub. Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

Qeyd edək ki, əməliyyat fəaliyyəti nəticəsində mənfəətdə  yaranan artım, həmçinin pul vəsaitlərinin hərəkətinə təsir edib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətində də 136% artım əldə olunub.

SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ölkə üzrə ən iri işəgötürən olaraq birinci yerdə qərarlaşır. SOCAR-ın ödədiyi vergilər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir, şirkətin genişmiqyaslı investisiya və sosial layihələri isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də insan kapitalının inkişafına xidmət edir.

SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb. 

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

14.08.2026 12:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19