Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-ın müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirlərin məhsullar üzrə strukturu da ciddi dəyişib. Marja.az SOCAR-ın 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci ildə xam neft satışından əldə edilən xalis gəlir 36 milyard 177 milyon manat olub. 2024-cü ildə bu göstərici 47 milyard 272 milyon manat təşkil etmişdi. Azalma 11 milyard 95 milyon manat və ya 23,5% olub. 

İş elanları AzVak.az-da

Reklam_3_11

Xam neftin müştərilərlə müqavilələrdən gəlirlərdə payı 2024-cü ildəki 56,1%-dən 2025-ci ildə 42,1%-ə geriləyib. Bu, SOCAR-ın gəlir strukturunda xam neft satışının nisbi çəkisinin kəskin azalması deməkdir.

Neft məhsullarından gəlirlər 42,6% artıb

Xam neftdən gəlirlərin azalması digər istiqamətlərdəki ciddi artımla əvəzlənib. Neft məhsullarının satışından xalis gəlirlər 2024-cü ildə 19 milyard 169 milyon manat olduğu halda, 2025-ci ildə 27 milyard 339 milyon manata yüksəlib. Artım 8 milyard 170 milyon manat və ya 42,6% təşkil edib.

Neft məhsullarının müştərilərlə müqavilələrdən gəlirlərdə payı 22,7%-dən 31,8%-ə yüksəlib. Beləliklə, SOCAR-ın gəlir strukturunda xam neftin çəkisi azalarkən emal olunmuş neft məhsullarının çəkisi əhəmiyyətli dərəcədə artıb.

Təbii qaz gəlirləri 2,1 milyard manat artıb

Təbii qaz satışından xalis gəlirlər də artıb.  2024-cü ildə 9 milyard 740 milyon manat olan bu gəlirlər 2025-ci ildə 11 milyard 806 milyon manata yüksəlib. Artım 2 milyard 66 milyon manat və ya 21,2% təşkil edib. Təbii qazın müqavilə gəlirlərindəki payı 11,6%-dən 13,7%-ə yüksəlib.

Neft-kimya məhsullarından gəlirlər azalıb

Neft-kimya məhsullarının satışından gəlirlər 2025-ci ildə 4 milyard 619 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 4 milyard 769 milyon manat idi. Beləliklə, gəlirlər 150 milyon manat və ya 3,1% azalıb.

Neft-kimya məhsullarının müqavilə gəlirlərində payı 5,7%-dən 5,4%-ə geriləyib.

Sair gəlirlər isə əksinə, 3 milyard 376 milyon manatdan 6 milyard 4 milyon manata yüksəlib.

Artım 2 milyard 628 milyon manat və ya 77,8% təşkil edib.

Müştərilərlə müqavilələrdən gəlirlər 85,9 milyard manat olub

SOCAR-ın müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirlər 2025-ci ildə 85 milyard 945 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 84 milyard 326 milyon manat idi. Beləliklə, müqavilə gəlirləri 1 milyard 619 milyon manat və ya 1,9% artıb. Bu göstərici SOCAR-ın 86 milyard 309 milyon manatlıq ümumi konsolidasiya edilmiş gəlirindən ayrılıqda təqdim edilir.

Emal və neft-kimya istiqamətində gəlirlər 51% artıb

Əməliyyat seqmentləri üzrə də ciddi struktur dəyişikliyi müşahidə olunur. “İşlənmə və hasilat əməliyyatları” üzrə müştərilərlə müqavilələrdən gəlirlər 2024-cü ildəki 3 milyard 798 milyon manatdan 2025-ci ildə 5 milyard 448 milyon manata yüksəlib. Artım 1 milyard 650 milyon manat və ya 43,4% təşkil edib.

“Emal və neft-kimya” istiqaməti üzrə gəlirlər isə 14 milyard 818 milyon manatdan 22 milyard 385 milyon manata çatıb. Artım 7 milyard 567 milyon manat və ya 51,1% olub.

Satış və ticarət seqmentinin gəlirləri 10,1 milyard manat azalıb

Ən böyük nominal azalma satış və ticarət seqmentində qeydə alınıb. Bu istiqamət üzrə müştərilərlə müqavilələrdən gəlirlər 2024-cü ildə 59 milyard 701 milyon manat olduğu halda, 2025-ci ildə 49 milyard 597 milyon manata düşüb. Azalma 10 milyard 104 milyon manat və ya 16,9% təşkil edib.

İnteqrasiya olunmuş qaz seqmentində isə gəlirlər 5 milyard 294 milyon manatdan 7 milyard 905 milyon manata yüksəlib. Artım 2 milyard 611 milyon manat və ya 49,3% olub.

Xidmətlər seqmentinin gəlirləri 400 milyon manatdan 191 milyon manata düşüb – azalma 209 milyon manat və ya 52,3% təşkil edib.

Bölüşdürülməmiş seqment üzrə gəlirlər 315 milyon manatdan 419 milyon manata yüksəlib – artım 104 milyon manat və ya 33% olub.

Qrupdaxili əməliyyatlar iki dəfədən çox artıb

Hesabatın digər diqqətçəkən məqamı seqmentlərarası gəlirlərin kəskin yüksəlməsidir. 2024-cü ildə seqmentlərarası gəlirlərin həcmi 12 milyard 693 milyon manat olduğu halda, 2025-ci ildə 28 milyard 797 milyon manata çatıb. Artım 16 milyard 104 milyon manat və ya təxminən 126,9% təşkil edib.

Eliminasiyadan əvvəl seqmentlər üzrə gəlirlərin ümumi həcmi 97 milyard 19 milyon manatdan 114 milyard 742 milyon manata yüksəlib. Artım 17 milyard 723 milyon manat və ya 18,3% olub.

Lakin konsolidasiya zamanı Qrup daxilindəki əməliyyatlar qarşılıqlı olaraq silindiyindən müştərilərlə müqavilələrdən gəlir 85 milyard 945 milyon manat səviyyəsində təqdim edilib.

Müəyyən vaxt ərzində tanınan gəlirlər iki dəfədən çox artıb

2025-ci ildə konkret vaxtda köçürülmüş mal və xidmətlər üzrə gəlirlər 82 milyard 489 milyon manat olub. 2024-cü ildə bu göstərici 82 milyard 712 milyon manat təşkil edib. Azalma cəmi 223 milyon manat və ya 0,3% olub. Müəyyən vaxt ərzində göstərilmiş xidmətlərdən gəlirlər isə 1 milyard 614 milyon manatdan 3 milyard 456 milyon manata yüksəlib. Artım 1 milyard 842 milyon manat və ya 114,1% təşkil edib. Beləliklə, müəyyən müddət ərzində tanınan gəlirlər bir ildə iki dəfədən çox artıb.

İş elanları AzVak.az-da

14.08.2026 15:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19