Sabahdan PAŞA Bank kartlarına yeni məhdudiyyətlər tətbiq ediləcək
“PAŞA Bank” kartlara mədaxil əməliyyatları üzrə yeni qaydaların tətbiqinə başlayır.
Marja.az xəbər verir ki, Bankın açıqlamasına əsasən, yeni limitlər 18 avqust 2026-cı il tarixindən qüvvəyə minəcək.
Bildirilib ki, dəyişiklik rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması, fırıldaqçılıq və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Yeni qaydalara əsasən, hər bir kart üzrə gün ərzində maksimum 5 nağdsız mədaxil əməliyyatı həyata keçirmək mümkün olacaq.
Eyni zamanda, hər kart üzrə aylıq nağdsız mədaxil limiti maksimum 20 min manat müəyyən edilib.
Bank xüsusi olaraq qeyd edib ki, müştərinin özünə məxsus “PAŞA Bank” kartları arasında həyata keçirilən əməliyyatlara sözügedən limitlər tətbiq olunmayacaq.
Gündəlik və aylıq limitlər yalnız vəsaiti qəbul edən kart üzrə hesablanacaq. Başqa sözlə, yeni məhdudiyyətlər kartdan həyata keçirilən məxaric əməliyyatlarına şamil edilmir.
Kartdan vəsait çıxarılması və digər məxaric əməliyyatları üzrə isə bankın hazırda qüvvədə olan mövcud limitləri dəyişməz qalacaq.
“PAŞA Bank” yeni qaydalarla bağlı əlavə sualları olan müştərilərin *9123 nömrəsi vasitəsilə banka müraciət edə biləcəyini bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























