Trendyol qadın voleybolçular arasında CEV EuroVolley 2026 Women Avropa çempionatının titul sponsorudur ®
(®) Avropa Voleybol Konfederasiyası (CEV) ilə Trendyol arasında imzalanmış müqaviləyə əsasən, 21 avqust tarixində start götürəcək “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatı rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” (CEV Trendyol EuroVolley 2026 qadın voleybolçular arasında Avropa çempionatı) adlandırılacaq.
2022-ci ildən etibarən Türkiyənin milli voleybol komandalarının baş sponsoru olan Trendyol qitənin milli komandalar arasında keçirilən ən böyük turnirinə dəstəyini titul sponsoru kimi genişləndirir. Turnir Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək. Trendyol həmçinin İstanbulda keçiriləcək oyunlar çərçivəsində azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi təşəbbüslər vasitəsilə texnologiya və idmanı bir araya gətirəcək.
Dünyanın aparıcı e-ticarət platformalarından biri olan Trendyol “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatının titul sponsoru olub. Çempionat rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” adlandırılacaq. 2009-cu ildən bu günə qədər ilk dəfə baş tutan titul sponsorluğu Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək bütün turniri əhatə edəcək.
“Bu tərəfdaşlıq əsas yarışlarımızın artan populyarlığını bir daha nümayiş etdirir. Turnirə ev sahibliyi edən dörd ölkədə möhtəşəm voleybol bayramının keçirilməsi üçün bizim və yerli təşkilatçıların səylərinə qoşulmağa hazır olduğuna görə ‘’Trendyol’’a təşəkkürümüzü bildiririk. Turnirə maraq hər gün artır və əminəm ki, biz birlikdə ‘’EuroVolley’’in və qadın voleybolunun nüfuzunu növbəti səviyyəyə yüksəldə biləcəyik”- deyə CEV-in prezidenti Roko Sikiriç bildirib.
‘’“CEV Trendyol EuroVolley 2026 Women’’ turnirinə titul sponsorluğumuz vasitəsilə Türkiyə voleyboluna uzun illərdir göstərdiyimiz dəstəyi beynəlxalq səviyyəyə çıxarırıq. Türkiyənin bu möhtəşəm yarışa ev sahibliyi etdiyi bir vaxtda milli komandamızın və Türkiyə voleybolunun yanında olacağıq, eyni zamanda texnologiya və idmanı bir araya gətirərək azarkeşlərə turnirin həyəcanını yaşamaq üçün yeni imkanlar təqdim edəcəyik” - deyə Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bildirib.
Texnologiya və idman bir arada
Qrup mərhələsindən finala qədər ümumilikdə 25 oyun İstanbulda keçiriləcək. Çempionat boyunca müxtəlif ölkələrin milli komandaları, federasiya nümayəndələri və voleybol azarkeşləri şəhərdə bir araya gələcək. Yarımfinallar və final da İstanbulda keçiriləcəyindən, Bosfor sahilində yerləşən şəhər qadın voleybolunun Avropadakı mərkəzinə çevriləcək.
Titul sponsorluğu çərçivəsində Trendyol arenanın müxtəlif hissələrində təmsil olunacaq və turnir boyunca azarkeşlər üçün interaktiv tədbirlər təşkil edəcək. İstanbulda yaradılacaq xüsusi Trendyol azarkeş zonasında texnologiya və idmanı bir araya gətirən müxtəlif təcrübələr təqdim olunacaq. İnteraktiv fəaliyyətlər və tədbirlər vasitəsilə voleybol azarkeşləri turnirin həyəcanını meydandan kənarda da yaşaya biləcəklər.
Bu tərəfdaşlıq ‘’Trendyol’’un müxtəlif idman növlərinə və müxtəlif səviyyələrdə idmana uzunmüddətli dəstəyinin növbəti mərhələsidir. Trendyol Türkiyə idmanını bütün səviyyələrdə dəstəkləyir. Buna ‘’Süper Lig’’ və Birinci Liqa, Türkiyənin milli futbol və voleybol komandaları, Olimpiya və Paralimpiya idmançıları, Türkiyə Voleybol Federasiyası ilə birlikdə dəstəklədiyi ‘’Fabrika Voleybol’’ məktəbləri də daxildir. ‘’Fabrika Voleybol’’ məktəbləri kütləvi voleybolun inkişafına və uşaqların erkən yaşlarından idmana cəlb olunmasına töhfə verir. Şirkət həmçinin dünyanın aparıcı idman təşkilatları və layihələri, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi və ‘’EuroLeague Final Four’’ ilə tərəfdaşlıqları vasitəsilə bu dəstəyini beynəlxalq səviyyəyə qaldırır.
‘’CEV Trendyol EuroVolley 2026 Women’’ çempionatı 21 avqustdan 6 sentyabradək keçiriləcək.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















