Epoint və STEP IT Academy rəqəmsal bacarıqların inkişafı üçün əməkdaşlığa başlayıb
Epoint və STEP IT Academy Azərbaycan informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, gənc mütəxəssislərin peşəkar bacarıqlarının artırılması və əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Əməkdaşlıq çərçivəsində tərəflər birgə layihələrin həyata keçirilməsi, təcrübə proqramlarının təşkili və innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Memoranduma əsasən, Epoint və STEP IT Academy informasiya texnologiyaları sahəsində birgə təlimlər, seminarlar, forumlar və digər maarifləndirici tədbirlər təşkil edəcək, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına töhfə verəcək. Bununla yanaşı, Akademiya tələbələri üçün Epoint-də təcrübə və karyera imkanlarının yaradılması, vakansiyalar üzrə uyğun namizədlərin qiymətləndirilməsi və iş imkanlarının təqdim edilməsi də əməkdaşlığın əsas istiqamətlərindən olacaq.
Əməkdaşlıq çərçivəsində Epoint əməkdaşları və onların ailə üzvləri STEP IT Academy-nin bütün təhsil proqramlarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər. Tərəflər həmçinin innovativ tədris materiallarının hazırlanması, rəqəmsal bacarıqların inkişafı və informasiya texnologiyaları sahəsinin tanıdılması istiqamətində birgə təşəbbüslər həyata keçirəcəklər.
“Texnologiyanın inkişafı yalnız innovativ məhsullarla deyil, eyni zamanda güclü insan kapitalı ilə mümkündür. STEP IT Academy ilə əməkdaşlığımız gənclərin real iş mühitində təcrübə qazanmasına, rəqəmsal bacarıqlarını inkişaf etdirməsinə və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına töhfə verəcək. Epoint olaraq gələcəyin mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaqdan məmnunuq”, — deyə Epoint şirkətinin baş icraçı direktoru Zeynal Kərimzadə bildirib.
“Biznes və təhsil arasında qurulan əməkdaşlıqlar gənclərin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsi baxımından böyük əhəmiyyət daşıyır. Epoint ilə əməkdaşlığımız tələbələrimizə real layihələrdə iştirak etmək, peşəkar mühitlə tanış olmaq və gələcək karyeraları üçün vacib bacarıqlar qazanmaq imkanı yaradacaq. İnanırıq ki, bu tərəfdaşlıq informasiya texnologiyaları sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasına və ölkəmizin rəqəmsal inkişafına mühüm töhfə verəcək”, — deyə STEP IT Academy Azərbaycan direktoru Aydan Haşımova bildirib.
Bu əməkdaşlıq Epoint-in innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi istiqamətində atdığı növbəti addımlardan biri olmaqla yanaşı, ölkədə informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanmasına və təhsil ilə biznes arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verməyi hədəfləyir.
Ətraflı məlumat üçün:
epoint.az
+994 70 242 99 66
[email protected]
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
46 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
50 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























