Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qarğıdalı sahələrinin sığortası başa çatır – SON 3 GÜN! – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qarğıdalı sahələrinin sığortası başa çatır – SON 3 GÜN! – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində qarğıdalı sahələrinin sığortalanması başa çatmaqdadır.

Ölkəmizdə qarğıdalı əkini ilə məşğul olan fermerlər qarşıdakı 3 gün ərzində, yəni avqust ayının 20-dək Aqrar Sığorta Fonduna müraciət edərək qarğıdalı sahələrini sığortalaya bilərlər.

Xatırladaq ki, qarğıdalı ölkəmizdə buğda, arpa və pambıqdan sonra ən geniş yayılan bitkilərdən biridir. Azərbaycanın demək olar ki, bütün bölgələrində ümumilikdə 34 min hektaradək ərazidə qarğıdalı əkilir. Bu universal bitki həm dənlik, həm də yaşıl kütlə və silos məqsədilə becərilir.

Ən böyük qarğıdalı əkin sahələri Şəki-Zaqatala regionundadır. Bu regionda 14 min hektar və ya ölkədəki bütün qarğıdalı sahələrinin 40%-dən çoxu yerləşir. Bundan başqa, Qazax-Tovuz regionunda 5500 hektar, Mil-Muğan iqtisadi rayonunda 2600 hektar, Qarabağ və Mərkəzi Aran regionlarında isə 2500 hektara yaxın ərazidə qarğıdalı əkilir.

Ayrı-ayrı rayonlara gəlincə, Balakəndə 8 min hektara yaxın, Zaqatalada 4 min hektar, Tovuzda 2700 hektar, Şəmkirdə isə 2200 hektar sahədə qarğıdalı əkilir.

Qarğıdalı məhsuldar bitkidir. Statistika göstərir ki, ölkə üzrə qarğıdalı sahələrinin orta məhsuldarlığı 6,6 ton ətrafındadır. Bəzi regionlarda və rayonlarda məhsuldarlıq fərqlənir. Məsələn, Lənkəran-Astara regionunda məhsuldarlıq 3,2 ton, Mərkəzi Aran regionunda 5,4 ton olduğu halda, Mil-Muğan zonasında qarğıdalının orta məhsuldarlığı 7,5 ton, Quba-Xaçmaz regionunda isə 8,6 tona çatır.

Ayrı-ayrı rayonlara gəlincə, Yevlaxda qarğıdalının orta məhsuldarlığı 10,8 ton, Beyləqanda 10,1 ton, Şabranda 9,6 ton, Culfada 9,1 ton, Qax rayonunda isə təqribən 9 ton təşkil edir.

Qarğıdalı təbiət risklərinə olduqca həssas bitkidir. Tez-tez baş verən təbiət hadisələri, xüsusilə də dolu, fırtına və qasırğa qarğıdalı sahələrinə böyük zərər vurur. Belə hadisələr baş verdikdə fermerlər gözlədikləri məhsuldan və gəlirdən məhrum olurlar.

Aqrar sığorta mexanizmi vasitəsilə belə risklərdən qorunmaq mümkündür. Ölkədə 41 növ bitki və bitki məhsulunu əhatə edən Aqrar Sığorta Fondu qarğıdalı sahələrini də sığortalayır və sığorta hadisəsi baş verdikdə fermerlərə dəymiş zərərə uyğun ödəniş edilir.

Aqrar Sığorta Fondu qarğıdalı sahələrini təbiət hadisələri – dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalayır.

Sığorta haqqına 50% subsidiya tətbiq edilməsi, yəni sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər kiçik məbləğ ödəməklə qarğıdalı sahələrini sığortalaya bilərlər.

Belə ki, 1 000 manatlıq qarğıdalı məhsulunun sığortalanması fermerə Beyləqan və Yevlaxda cəmi 5,7 manata, Balakəndə 21 manata, Şəmkir və Tovuzda isə 14,3 manata başa gəlir.

Qarğıdalı üzrə orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alındıqda, 1 hektar sahədən gözlənilən təqribən 2600 manatlıq qarğıdalı məhsulunu sığortalamaq, ölkənin ayrı-ayrı regionlarından asılı olaraq, fermerə 15–55 manata başa gəlir. Bu məbləğ qarğıdalının becərilməsi və ona qulluq xərclərindən dəfələrlə aşağıdır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək qarğıdalı əkinləri üzrə böyük ödənişlər həyata keçirib. Belə ki, Fond tərəfindən indiyədək 1 486 hektar qarğıdalı sahəsinə dəymiş zərərlər üzrə ümumilikdə 777 231 manat aqrar sığorta ödənişi edilib. Bu ödənişlərin həcmi hər il artır.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat rəhbərlərini qarğıdalı sahələrini qorumağa və avqust ayının 20-dək sərfəli şərtlərlə sığortalamağa çağırır.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

18.08.2026 16:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19