970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Bankların məlumat toplamasına qadağa qoya bilərsiniz. “My.gov.az” üzərindən bankların məlumat sorğusunu məhdudlaşdırmaq mümkündür.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Banklar haqqınızda nə bilir? Banklar sizin haqqınızda hansı məlumatları toplayır? Banklar məlumatlarımızı niyə istəyir? – Hər kəs bilməlidir.

Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını da dəyişir. Xüsusən də bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır. Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Bəs həmin məlumatlar necə toplanır?

Marja.az-ın araşdırmasına görə, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq  bəzi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Məsələn, müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s məlumatlar kimi.

Bəs bu məlumatların toplanmasına səbəb nədir?

Əsas məqsəd təhlükəsiz və fərdi xidmət göstərməkdir. Məsələn, şəxsiyyət təsdiq edilmədən hesab açıla bilməz, gəlir məlumatı olmadan kredit verilə bilməz, əlaqə nömrəsi olmadan əməliyyat bildirişləri göndərilə bilməz. Bundan başqa, banklar qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, həm dələduzluğun qarşısını almaq, həm də maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçündür.

Elə isə bankların bunun üçün hüquqi əsası varmı?

Banklar müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplaya və emal edə bilərlər. Bu, həm müştəri təhlükəsizliyini, həm də maliyyə sisteminin stabilliyini təmin edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır. 

Vətəndaş məlumatlarının emalına qadağa qoya bilərmi?

Qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq. 

Müştəri məlumatları necə qorunur?

Banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Həmçinin müştərilərə rəqəmsal xidmətlər, fərdi məhsullar təqdim edərkən daha geniş imkanlar yaradır. Odur ki, qanun çərçivəsində bankla vətəndaş arasında olan məlumat mübadiləsi müştəriyə fərdi və ehtiyaclarına uyğun xidmətlər almaq, vaxt itirmədən onlayn xidmətlərdən istifadə etmək, müxtəlif bank məhsullarını fərdi və daha yaxşı şərtlərlə almaq imkanı yaradır. Banklar isə bununla müştərilərinə ehtiyaclarına uyğun, individual və daha yaxşı xidmət göstərmək imkanı əldə edirlər. 

Nəticə etibarı ilə bankların məlumat toplaması həm qanuni tələblərə, həm də təhlükəsiz, fərdi və rahat maliyyə xidmətinin göstərilməsinə əsaslanır. Əsas məsələ müştərilərin də öz hüquqlarınızı bilməsi və məlumatlarının hansı məqsədlə istifadə olunacağını anlamasıdır.

İş elanları AzVak.az-da

banklar məlumatları niyə toplayır bankların topladığı məlumatlar müştəri məlumatları şəxsi məlumatların qorunması fərdi məlumatlar bank sirri bank müştərisinin hüquqları məlumatların emalına razılıq məlumatların emalına qadağa My.gov.az myGov məlumat məhdudiyyəti FİN kod kredit tarixçəsi gəlir məlumatları əməkhaqqı məlumatları iş yeri məlumatları bank məlumat sorğusu fərdiləşdirilmiş bank xidmətləri fərdi kredit təklifləri kredit kampaniyaları kredit riskinin qiymətləndirilməsi müştərini tanı prinsipi KYC bank təhlükəsizliyi maliyyə dələduzluğu rəqəmsal bankçılıq bank məlumatlarının qorunması “Fərdi məlumatlar haqqında” Qanun “Banklar haqqında” Qanun Azərbaycan Mərkəzi Bankı bankların hüquqi öhdəlikləri məlumatların üçüncü tərəfə ötürülməsi şəxsi məlumatlara razılıq onlayn bank xidmətləri maliyyə məlumatlarının təhlükəsizliyi
20.08.2026 11:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19