Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq
Faizlə borc verib qazananlara xəbərdarlıq – fəaliyyətiniz araşdırıla, iş prokurorluğa qədər gedə bilər. Borcunu tələb etmək üçün məhkəməyə gedən özü araşdırmaya düşə bilər.Ali Məhkəmə sələmçiliklə məşğul olan şəxslərə xəbərdarlıq edib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur: “Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər”.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil: “Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır”.
Qeyd edilib ki, faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir:
“Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.
Çünki məhkəmə mübahisəsi zamanı “pul vermişəm”, “pul qaytarılıb”, “faiz ödənilib” kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür.
Lisenziyasız fəaliyyət məsuliyyət yarada bilər
Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır.
Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər.
Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər.
Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər”.
Ali Məhkəmədən o da bildirilib ki, qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər: “Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.
Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər.
Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər.
Ali Məhkəmə: Pul sizin olsa da, istədiyiniz formada faizlə verə bilməzsiniz
Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.
Əks halda bu gün “asan qazanc” kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı ilə bağlı ümidverici xəbər gəldi — Brent nefti 87 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazındakı bütün minalar təmizlənib və ya məhv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nağd pul azdırsa, ticarət dayanmalıdır? Biznes klirinqi Azərbaycan iqtisadiyyatına nə verə bilər?
-
1 saat əvvəl
Anthropic IPO-da 100 milyard dollar toplamaq və 2 trilyon dollarlıq dəyərə çatmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Hörmüz boğazı ilə bağlı ümidverici xəbər gəldi — Brent nefti 87 dollardan aşağı düşdü
LC Waikiki — yeni dərs ilində ailələrin yanında ®
Tramp: Hörmüz boğazındakı bütün minalar təmizlənib və ya məhv edilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nağd pul azdırsa, ticarət dayanmalıdır? Biznes klirinqi Azərbaycan iqtisadiyyatına nə verə bilər?
Anthropic IPO-da 100 milyard dollar toplamaq və 2 trilyon dollarlıq dəyərə çatmaq istəyir
Tramp: İran ordusunun böyük hissəsinin maaşı ödənilmir





















