Yeni dərs ilinə “Nəhəng qayıdış” - 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT ®
Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib. Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.
25 avqust – 30 sentyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində “Ofisait” mağazalarında Rabitəbankın Kartmane Taksit kartı ilə alış-veriş edən müştərilər 7%-dək keşbek əldə edə biləcəklər. Bununla yanaşı, Kartmane Taksit kartı ilə edilən alış-verişləri 6 ayadək faizsiz taksitə bölmək mümkündür.
Beləliklə, kampaniya məktəbə hazırlıq dövrünün əsas ehtiyaclarını vahid alış-veriş çərçivəsində qarşılamaqla yanaşı, xərclərin ailə büdcəsinə təsirini daha balanslı şəkildə bölüşdürməyə şərait yaradır. Valideynlər yeni tədris ili üçün tələb olunan məhsulları indi əldə edib ödənişlərini növbəti aylara keçirə, eyni zamanda alış-verişdən əlavə keşbek qazana bilərlər.
Kampaniya paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Tovuz, Qazax, Şamaxı, Mingəçevir, Şəmkir, Göyçay, Ağdaş, İsmayıllı, Bərdə və Xankəndidə yerləşən “Ofisait” mağazaları daxil olmaqla, şəbəkənin 40-dan çox satış nöqtəsində keçərlidir. Bu isə kampaniyanın təqdim etdiyi üstünlüklərdən həm paytaxtda, həm də regionlarda yaşayan müştərilərin yararlanmasına şərait yaradır.
Rabitəbank Kartmane ilə gündəlik maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə müştərilərinin xərclərini daha çevik idarə etməsinə dəstək göstərir. “Nəhəng qayıdış” kampaniyası da yeni dərs ili ərəfəsində faizsiz taksit və keşbek üstünlüklərini bir araya gətirərək məktəb alış-verişinin maliyyə yükünü daha rahat idarə olunan formaya çevirməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























