Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətverici amillər ABŞ-da monetar siyasətlə bağlı qeyri-müəyyənliyin artması, uzunmüddətli ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi, ABŞ–İran qarşıdurmasının davam etməsi və əsas iqtisadiyyatlarda biznes aktivliyinin gözləntilərdən daha dayanıqlı qalması oldu. Həftənin sonuna doğru bazarların diqqəti Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinə və qarşıdakı həftə keçiriləcək Cekson-Houl simpoziumuna yönəldi.

ABŞ-da FED-in iyul iclasının protokolları faiz siyasəti ilə bağlı fikir ayrılıqlarının artdığını göstərdi. FED faiz dərəcəsini 3.50–3.75% səviyyəsində saxlamışdı, lakin iclasda üç üzv 0.25 faiz bəndi artırılmasının tərəfdarı olmuşdu. Protokollarda inflyasiyanın davamlı yüksək qalacağı təqdirdə daha sərt monetar siyasətə ehtiyac yarana biləcəyi vurğulandı.

Bununla yanaşı, ABŞ-da əmək bazarının müəyyən qədər dayanıqlı qaldığı müşahidə edildi. İşsizlik müavinəti üçün müraciətlərin sayı 206 minə qədər azaldı. Bu göstərici əmək bazarında kəskin zəifləmə olmadığını göstərsə də, işə qəbul tempinin əvvəlki illərlə müqayisədə daha zəif olması FED üçün əmək bazarı və inflyasiya arasında balansı mürəkkəbləşdirir.

ABŞ iqtisadiyyatı və FED gözləntiləri

ABŞ-da avqust ayının ilkin PMI göstəriciləri iqtisadi aktivliyin yüksək qaldığını göstərdi. Xidmət sektorunda PMI 56.8 bəndə yüksələrək 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatdı. Kompozit PMI isə 56.0 bənd təşkil etdi. Bununla belə, sənaye sektorunda PMI 53.2 bəndə qədər gerilədi.

Uzunmüddətli ABŞ istiqrazlarının gəlirliliyinin yüksək qalması isə fond bazarlarına təzyiq göstərən əsas amillərdən biri oldu. 21 avqustda ABŞ fond indeksləri yüksəlsə də, “Dow Jones”, “S&P 500” və “Nasdaq” həftəni ümumi olaraq itkilərlə başa vurdu. Xüsusilə uzunmüddətli istiqraz gəlirliliklərinin yüksəlməsi yüksək qiymətləndirmələrə malik texnologiya şirkətlərinin səhmlərinə təzyiq göstərdi.

Avrozona və Böyük Britaniyada iqtisadi aktivlik

Avrozonada avqust ayının ilkin Kompozit PMI göstəricisi 52.1 bəndə yüksələrək son doqquz ayın maksimumuna çatdı. Sənaye sektorunda PMI 52.8 bəndə yüksəldi, xidmət sektorunda isə göstərici 51.7 bənd səviyyəsində qaldı. Bu nəticələr Avrozona iqtisadiyyatının yüksək enerji qiymətlərinə və geosiyasi risklərə baxmayaraq dayanıqlılığını qoruduğunu göstərdi.

Böyük Britaniyada da xidmət sektorunda aktivlik sürətləndi. Avqust ayında xidmət sektorunun PMI göstəricisi 52.8 bəndə yüksələrək son altı ayın maksimumunu yenilədi. Kompozit PMI isə 52.5 bənd təşkil etdi. Bu göstəricilər Böyük Britaniya iqtisadiyyatının üçüncü rübdə artımı davam etdirə biləcəyinə dair gözləntiləri gücləndirdi.

Neft

Neft bazarında həftənin əsas istiqamətverici amili ABŞ–İran qarşıdurması və Hörmüz boğazında enerji daşımaları ilə bağlı risklər oldu. ABŞ Prezidenti Donald Trampın İranı dəstəkləyən ölkələrə qarşı yeni tədbirlərlə bağlı xəbərdarlığı fonunda “Brent” və “WTI” qiymətləri 20 avqustda 2%-dən çox bahalaşaraq təxminən bir ayın maksimumuna yüksəldi.

Həftənin sonunda “Brent” nefti 95$ ətrafına qədər yüksəlsə də, 24 avqustda ABŞ-ın İrana qarşı yeni sanksiyalarının detalları gözlənilərkən qiymətlər gerilədi. Hazırda “Brent” 93$ civarında, “WTI” isə 86$ ətrafında ticarət olunur. Hörmüz boğazında gəmiçiliklə bağlı qeyri-müəyyənlik neft bazarında risk primini yüksək saxlamaqda davam edir.

24–28 avqust 2026-cı həftəsində əsas iqtisadi göstəricilər

Bu həftə bazarların əsas diqqəti FED sədri Kevin Uorşun Cekson-Houl simpoziumunda çıxışına, ABŞ-da iyul ayı üzrə Şəxsi İstehlak Xərcləri İndeksi (PCE) və Şəxsi İstehlak Xərclərinin Baza İndeksi (PCE Core), ikinci rüb üzrə yenilənmiş ÜDM məlumatlarına və əmək bazarı göstəricilərinə yönələcək. Cekson-Houl simpoziumu 27–29 avqust tarixlərində keçiriləcək və FED-in gələcək faiz siyasəti ilə bağlı mesajlar dollar, istiqraz və fond bazarlarında volatilliyi artıra bilər.

Həftənin digər mühüm hadisəsi isə “Nvidia” şirkətinin 26 avqustda açıqlayacağı maliyyə nəticələri olacaq. Şirkətin nəticələri süni intellekt sektoruna və bütövlükdə texnologiya səhmlərinə marağın istiqamətinə əhəmiyyətli təsir göstərə bilər.

Həmçinin, Almaniyada dərc olunacaq ÜDM, İşsizlik Səviyyəsi və “IFO” Biznes Mühiti İndeksi, Yaponiyada açıqlanacaq İstehlak Qiymətlərinin Baza İndeksi, eləcə də ABŞ-da dərc olunacaq “CB” İstehlakçıların İnam İndeksi investorların diqqət mərkəzində olacaq.

EUR

EURUSD həftə ərzində yüksəlişini davam etdirərək 1.17000 səviyyəsinin üzərinə yüksəldi. Lakin ötən həftənin sonu məzənnə geriləyərək 1.16680 səviyyəsinə endi. Cari həftənin əvvəlində məzənnə 1.16780 ətrafında ticarət olunur.

ABŞ dollarının bir qədər zəifləməsi və Avrozonada iqtisadi aktivliyin gözləntilərdən daha yaxşı olması avronu dəstəkləyən əsas amillərdən biri olaraq qalır. Avro üçün əsas risk isə yüksək enerji qiymətlərinin Avrozonada inflyasiya təzyiqlərini artırmasıdır. İyul ayında Avrozonada illik inflyasiya 2.9%-ə yüksəlib və ECB-nin 2%-lik hədəfindən yuxarı qalmaqda davam edir.

GBP

GBPUSD də həftə ərzində yüksəlişini davam etdirərək 1.36000 səviyyəsinin üzərində möhkəmləndi. Böyük Britaniyada xidmət sektorunun gözləntilərdən yaxşı nəticə göstərməsi və ABŞ dollarının zəifləməsi funtu dəstəkləyən əsas amillər oldu. Ötən həftəni 1.36420 səviyyəsində tamamlayan məzənnə cari həftənin əvvəlində 1.36550 həddinədək bahalaşıb.

Bununla yanaşı, Böyük Britaniyada iyul inflyasiyasının 2.9%-ə yüksəlməsi İngiltərə Bankının gələcək faiz siyasəti ilə bağlı gözləntilərin formalaşmasında mühüm rol oynayır.

XAUUSD

Qızıl həftənin ən güclü aktivlərindən biri oldu. Dolların zəifləməsi, ABŞ istiqraz bazarında yüksək gəlirlilik və fiskal risklərlə bağlı narahatlıqlar, həmçinin Yaxın Şərqdə geosiyasi gərginlik qiymətli metala tələbi artırdı. Ötən həftə ərzində dəyərli metal 4324$-dan 4632$-a kimi yüksəldi. Bu may ayından bəri ən yüksək qiymətdir.

Yeni həftəni də artımla başlayan sarı metal 4660$-a qədər bahalaşıb. Qiymətli metalın 4600$ səviyyəsinin üzərində qalmaqda davam edərsə, artım tendensiyası davam edə bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir. 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

25.08.2026 12:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19