Qarabağ Dirçəliş Fondunda gəlirin əsas mənbəyi dəyişir
Qarabağ Dirçəliş Fonduna ianələr 33% azalıb. Fondun qiymətli kağızlara investisiyası 439 milyon manat artıb.Qarabağ Dirçəliş Fondunun mənfəəti 16 milyon manatdan çox azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121 milyon 260 min manat xalis mənfəətlə başa vurub.
Marja.az Fondun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış və müstəqil auditor tərəfindən yoxlanılmış hesabatına əsasən xəbər verir ki, xalis mənfəət 2024-cü illə müqayisədə 16 milyon 265 min manat və ya 11,8% azalıb. Fond 2024-cü ildə 137 milyon 525 min manat mənfəət əldə etmişdi.
İanələr kəskin azalıb, maliyyə gəlirləri yüksəlib
2025-ci ildə Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53 milyon 868 min manat təşkil edib. Bu göstərici əvvəlki ildə qeydə alınmış 80 milyon 287 min manatla müqayisədə 26 milyon 418 min manat və ya 32,9% azdır.
Bunun əksinə olaraq, Fondun maliyyə gəlirləri 74 milyon 579 min manatdan 96 milyon 911 min manata yüksəlib. Beləliklə, maliyyə gəlirlərində 22 milyon 332 min manat və ya 29,9% artım qeydə alınıb.
Maliyyə gəlirlərinin artması ianələrdəki azalmanın böyük hissəsini kompensasiya etsə də, Fondun ümumi mənfəəti 2,6% azalaraq 150 milyon 780 min manata düşüb. 2024-cü ildə bu göstərici 154 milyon 866 min manat olmuşdu.
Qarabağ Dirçəliş Fonduna bildirib ki, 2025-ci ildə qeydə alınan azalmadan sonra 2026-cı ilin ilkin göstəriciləri ianə daxilolmalarının yenidən artım dinamikasına keçdiyini nümayiş etdirir. Bu tendensiya növbəti il üzrə audit olunmuş maliyyə hesabatlarında öz əksini tapacaq.
İnzibati və əməliyyat xərcləri 4 dəfə artıb
Hesabat dövründə Fondun ümumi, inzibati və digər əməliyyat xərcləri 3 milyon 635 min manatdan 14 milyon 667 min manata yüksəlib. Xərclər bir il ərzində 11 milyon 32 min manat və ya 4 dəfədən çox artıb.
Nəticədə əməliyyat mənfəəti 152 milyon 590 min manatdan 135 milyon 946 min manata enib. Azalma 16 milyon 644 min manat və ya 10,9% təşkil edib.
Fond 2025-ci ildə investisiya mülkiyyəti üzrə 3 milyon 865 min manat ədalətli dəyər gəliri əldə edib. Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi isə 629 min manat gəlir yaradıb. Müqayisə üçün, 2024-cü ildə bu istiqamət üzrə 469 min manat zərər qeydə alınmışdı.
Vergidən əvvəlki mənfəət 140 milyon 441 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,7% azdır. Fondun mənfəət vergisi xərci isə 14 milyon 596 min manatdan 19 milyon 180 min manata yüksəlib.
Fondun aktivləri 1,74 milyard manata çatıb
31 dekabr 2025-ci il tarixinə Qarabağ Dirçəliş Fondunun cəmi aktivləri 1 milyard 739 milyon 869 min manat təşkil edib. Aktivlər bir il ərzində 122 milyon 56 min manat və ya 7,5% artıb.
Fondun uzunmüddətli aktivləri 28,7% artaraq 1 milyard 127 milyon 478 min manata çatıb. Qısamüddətli aktivlər isə 17,4% azalaraq 612 milyon 391 min manata düşüb.
Fondun borc qiymətli kağızlarına ümumi investisiyaları 2025-ci ilin sonunda 1 milyard 628 milyon 104 min manat təşkil edib. Bu vəsaitin 1 milyard 119 milyon 215 min manatı uzunmüddətli, 508 milyon 890 min manatı isə qısamüddətli investisiyaların payına düşüb.
2024-cü ilin sonunda borc qiymətli kağızlarına investisiyaların ümumi məbləği 1 milyard 188 milyon 844 min manat idi. Beləliklə, bu istiqamətdə investisiyalar 439 milyon 260 min manat və ya 36,9% artıb.
Pul vəsaitləri 320 milyon manat azalıb
Fondun pul vəsaitləri və onların ekvivalentləri 418 milyon 200 min manatdan 98 milyon 17 min manata enib. Bir il ərzində azalma 320 milyon 183 min manat və ya 76,6% təşkil edib.
Eyni zamanda, verilmiş avanslar 3 milyon 626 min manatdan 5 milyon 201 min manata yüksəlib.
Qarabağ Dirçəliş Fondunun cəmi kapitalı 2025-ci ilin sonunda 1 milyard 731 milyon 498 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 121 milyon 260 min manat və ya 7,5% artıb.
Kapitalın 1 milyon manatı nizamnamə fondunun, 1 milyard 730 milyon 498 min manatı isə bölüşdürülməmiş mənfəətin payına düşüb.
Fondun cəmi öhdəlikləri 7 milyon 575 min manatdan 8 milyon 371 min manata yüksəlib. Öhdəliklərin əsas hissəsini 8 milyon 234 min manatlıq cari mənfəət vergisi öhdəliyi təşkil edib.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
12 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
16 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
36 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
37 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























