Qızılın qiyməti 4700 dollara yaxınlaşdı - 5000 dollar ssenarisi güclənir
Citi qızıl üzrə 3 aylıq qiymət hədəfini bir unsiya üçün 4800 dollara yüksəldib. Bank 6-12 aylıq dövr üzrə qiymət hədəfini dəyişməyib. Citi-nin orta və uzunmüddətli proqnozuna əsasən, qızılın qiyməti bir unsiya üçün 5000 dollar səviyyəsində saxlanılıb.Dünyanın aparıcı qlobal banklarından biri olan "Citi" qızılın qiyməti ilə bağlı üç aylıq proqnozunu 4800 dollara qaldırıb.
Marja xəbər verir ki, bankın analitikləri qeyd ediblər ki, son bahalaşma prosesinin “davam etməsi üçün potensial” var. Bununla belə, bahalaşmanın davamlı olması üçün fiziki qızıla tələbin də qiymət artımına uyğun şəkildə güclənməsinin vacib olduğu vurğulanıb.
"Citi" Hörmüz boğazı ilə bağlı problemin sonda həll olunacağı, real faiz dərəcələrinin aşağı düşəcəyi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha az sərt mövqe nümayiş etdirəcəyi ilə bağlı gözləntilərini əsas gətirərək qızıl üzrə 6-12 aylıq qiymət hədəfini dəyişməyib.
Bankın orta və uzunmüddətli proqnozuna əsasən, qızılın qiyməti bir unsiya üçün 5000 dollar səviyyəsində saxlanılıb.
"Bloomberg Intelligence" isə qızılın qiymətinin 2027-ci ilin əvvəllərində və ya ortalarında bir unsiya üçün 5 000 dollar səviyyəsini test edəcəyini proqnozlaşdırır.
ABŞ-ın maliyyə siyasəti və dolların ucuzlaşacağı ilə bağlı narahatlıqları yenidən artıran gözlənilməz istiqraz bazarı müdaxiləsinin təsiri ilə qızıl yenidən bahalaşır.
Səhər saatlarında qızılın unsiyasının qiyməti 1%-dək bahalaşaraq 4700 dollara yaxınaşıb (4696,83 dolları test edib). Bu, may ayının ortalarından bəri ən yüksək səviyyədir. Daha sonra qızılın qiyməti az da olsa geriləyib.
ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alışını artırmasından sonra qızıl ötən həftə 7%-dən çox bahalaşıb.
Gümüş də çərşənbə axşamı bahalaşaraq bir unsiya üçün 70 dollar səviyyəsinə yaxınlaşıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 29 d. əvvəl
-
44 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb




















