Dənizkənarı Bulvar İdarəsinin gəlirləri artıb – 15% daha çox olmaqla 3,7 milyon manat xalis mənfəət açıqladı
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi 2025-ci ili 3 milyon 704,2 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə İdarənin xalis mənfəəti 3 milyon 209,5 min manat təşkil etmişdi. Beləliklə, Dənizkənarı Bulvar İdarəsinin xalis mənfəəti ötən il 494,8 min manat və ya 15,4% artıb. Qeyd edək ki, dünən Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən “Dənizkənarı Bulvar İdarəsi” “Dənizkənarı Bulvar” QSC olaraq fəaliyyətini davam etdirəcəkdir.
Marja.az-ın qurumun maliyyə hesabatına istinadən məlumatına görə, 2025-ci ildə İdarənin əsas əməliyyat gəlirləri 7 milyon 797,6 min manat olub. Bu göstərici əvvəlki ildə 5 milyon 715,2 min manat idi. Nəticədə əsas əməliyyat gəlirləri 36,4% artıb. Digər əməliyyat gəlirləri isə 16 milyon 895,2 min manatdan 20 milyon 87,6 min manata yüksəlib. Bu, 18,9%-lik artım deməkdir.
Ümumilikdə əsas və digər əməliyyat gəlirlərinin həcmi 2025-ci ildə 27 milyon 885,2 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 22 milyon 610,4 min manat olmuşdu. Beləliklə, həmin gəlirlər bir il ərzində 23,3% artıb.
İdarənin əməliyyat mənfəəti 2024-cü ildəki 3 milyon 247,5 min manatdan 2025-ci ildə 3 milyon 730,8 min manata yüksəlib. Artım 14,9% təşkil edib.
İşçi heyətinə çəkilən xərc 16 milyon manatı keçib
Hesabat dövründə İdarənin işçi heyəti üzrə xərcləri 16 milyon 205,2 min manat olub. Bir il əvvəl bu göstərici 14 milyon 41,5 min manat təşkil etmişdi. Beləliklə, işçi heyəti üzrə xərclər 15,4% artıb.
İstifadə edilmiş material ehtiyatlarına çəkilən xərclər isə 825,4 min manatdan 1 milyon 883 min manata yüksələrək 2,3 dəfəyə yaxın artıb.
Amortizasiya xərcləri də ciddi yüksəlib. Bu xərclər 2024-cü ildə 1 milyon 441,7 min manat olduğu halda, 2025-ci ildə 2 milyon 975,2 min manata çatıb və 2 dəfədən çox artıb.
Digər əməliyyat xərcləri 3 milyon 68,3 min manat təşkil edib.
Aktivləri 8,5 milyon manat azalıb
31 dekabr 2025-ci il tarixinə Dənizkənarı Bulvar İdarəsinin cəmi aktivləri 206 milyon 318,8 min manat təşkil edib. 2024-cü ilin sonunda aktivlərin həcmi 214 milyon 834,6 min manat idi. Beləliklə, qurumun aktivləri bir il ərzində 8 milyon 515,8 min manat və ya 4% azalıb.
Uzunmüddətli aktivlər 203 milyon 809,5 min manatdan 192 milyon 27,5 min manata düşüb.
Bununla yanaşı, cari aktivlər 11 milyon 25,1 min manatdan 14 milyon 291,4 min manata yüksəlib. Artım 29,6% təşkil edib.
İdarənin pul vəsaitləri xüsusilə sürətlə artıb. 2024-cü ilin sonunda 1 milyon 34,5 min manat olan pul vəsaitləri 2025-ci ilin sonunda 4 milyon 66,5 min manata çatıb. Bu, təxminən 4 dəfə artım deməkdir.
Qısamüddətli debitor borcları da 867,6 min manatdan 1 milyon 532,2 min manata yüksəlib.
Öhdəlikləri yarıbayarı azalıb
2025-ci ilin sonunda Dənizkənarı Bulvar İdarəsinin cəmi öhdəlikləri 12 milyon 99,2 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 24 milyon 277,5 min manat təşkil edirdi. Beləliklə, qurumun öhdəlikləri bir il ərzində 12 milyon 178,3 min manat və ya 50,2% azalıb.
2024-cü ilin sonunda İdarənin 12 milyon 335 min manata yaxın uzunmüddətli öhdəliyi olduğu halda, 2025-ci ilin sonunda uzunmüddətli öhdəlik göstərilməyib.
Qısamüddətli kreditor borcları isə 9 milyon 880,9 min manatdan 10 milyon 273,8 min manata yüksəlib.
Kapitalı 194 milyon manatı keçib
Hesabat dövrünün sonunda Dənizkənarı Bulvar İdarəsinin cəmi kapitalı 194 milyon 219,6 min manat təşkil edib. Bir il əvvəl kapital 190 milyon 557,1 min manat idi.
Qurumun ödənilmiş nominal nizamnamə kapitalı dəyişməyərək 65 milyon 210,7 min manat səviyyəsində qalıb.
Kapital ehtiyatları 148 milyon 661 min manat olub.
Eyni zamanda, bölüşdürülməmiş zərərin həcmi 22 milyon 804,8 min manatdan 19 milyon 652 min manata qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
10 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 13 saat əvvəl
-
13 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
13 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı





























