Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycanda bankların kredit portfeli 32 milyard manatı keçibAzərbaycan Mərkəzi Bankı "Statistik bülleten İyul/2026" buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir.
Bank sektoru
31 iyul 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 504, şöbələrinin sayı 82, ATM-lərin sayı 3 min 505 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 93 nəfər artaraq 27 min 555 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979.9 milyon manat, cəmi öhdəlikləri 53 milyard 330.2 milyon manat, balans kapitalı 7 milyard 649.7 milyon manat olmuşdur. İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 274 milyon manat artaraq 32 milyard 95.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (17 milyard 333 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (10 milyard 36.8 milyon manat)
ııı) ipoteka kreditləri – 14.7% (4 milyard 725.5 miyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.7%-i və ya 40 milyard 394.3 milyon manat. Depozit portfelinin 56.8%-i (22 milyard 927.8 milyon manat) hüquqi şəxslərin, 43.2%-i (17 milyard 466.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.7%-i (12 milyard 522.4 milyon manat) milli valyutada, 28.3%-i (4 milyard 944.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (11 milyard 342.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməmişdir.
2026-cı ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.2% (2,755 əmanətçi), ilin əvvəlindən 15.1% (29 min 230 əmanətçi) artaraq 223.4 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 120.7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.7%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar – iyul aylarında banklar 858.7 milyon manat xalis mənfəət, 1 milyard 307.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.4% və 25.8% daha çox). Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 213.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8.5% artaraq 43 milyard 841.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 29.5 milyon manat azalaraq 3 milyard 232.3 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdır. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 12.1% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
7 saat əvvəl
Meta-ya 16,7 milyard dollarlıq zərbə – Facebook və Instagram dəyişəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı
-
8 saat əvvəl
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Lizinq şirkəti yarım ildə 510 min manat qazanıb
Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Ekolizinq”də 99%-lik pay əl dəyişdirib
10 yeni biznes “Startap” şəhadətnaməsi aldı - ADLARI
15 milyon manatlıq istiqrazlara 60,7 milyon manatlıq tələb - “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əlindəki qızılın dəyərini bilirik! ®
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım























