Kredit təşkilatı təcili toplantı çağırdı - mühüm əhəmiyyətli əqd bağlamağa hazırlaşır
“Kredit Evi” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az şirkətin açıqladığı məlumata istinadə xəbər verir ki, yığıncaq 15 sentyabr 2026-cı il tarixində Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 90A ünvanında yerləşən “Kredit Evi” ASC-nin Baş ofisinin inzibati binasında keçiriləcək.
İclasın gündəliyinə mühüm əhəmiyyətli əqdin imzalanması məsələsi daxil edilib.
Bundan başqa, səhmdarlar “digər məsələlər”ə də baxacaqlar.
Səhmdarlar gündəlikdə nəzərdə tutulan məsələlər üzrə materiallarla “Kredit Evi” ASC-nin Baş ofisində Mühasibatlıq şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Növbədənkənar ümumi yığıncağın əsas gündəlik məsələsinin “mühüm əhəmiyyətli əqdin imzalanması” olması şirkətdə iri həcmli və ya fəaliyyətə əhəmiyyətli təsir göstərə biləcək əməliyyatın planlaşdırıldığını göstərir.
Lakin açıqlamada əqdin maliyyə dəyəri, qarşı tərəfi və hansı istiqamətlə bağlı olduğu göstərilmədiyindən, onun şirkətin aktivləri, maliyyələşməsi və ya digər biznes əməliyyatları ilə bağlı olub-olmadığını hazırkı mərhələdə dəqiq müəyyənləşdirmək mümkün deyil.
Qeyd edək ki, “Kredit Evi” ASC-nin səhmdarları Hüseynova Dürrə Hətəmxan qızı (50 faiz) və Əzizov Səbuhi Məmmədsanı oğludur (50%).
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























