Nvidia süni intellekt bumundan milyardlar qazanır - gəlirləri 106%, xalis mənfəəti 126% artıb
Nvidia 2027-ci maliyyə ilinin ikinci rübü üzrə analitiklərin gözləntilərini üstələyən nəticələr açıqlayıb və gəlir proqnozunu bazar təxminlərindən daha yüksək səviyyədə təqdim edib. Nvidia süni intellekt sənayesinin mərkəzində dayanan əsas şirkətlərdən biridir və son illərdə süni intellekt bumunun yaratdığı yüksək tələbat hesabına sürətlə böyüyüb.Nvidia 2027-ci maliyyə ilinin ikinci rübü hesab etdiyi, iyulun 26-da başa çatan üç aylıq dövr üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Şirkətin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Nvidia-nın gəlirləri illik müqayisədə 106% artaraq 96,2 milyard dollara çatıb. Gəlirlər əvvəlki rüblə müqayisədə də 18% yüksəlib. Nvidia ötən maliyyə ilinin eyni dövründə 46,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin rüblük gəlirləri bazar gözləntilərini üstələyib.
Çip istehsalçısı cari rüb (3-cü rüb) üzrə gəlir proqnozunu 108 milyard dollar səviyyəsində açıqlayıb.
Nvidia-nın xalis mənfəəti 59,7 milyard dollara çatıb
Nvidia-nın xalis mənfəəti hesabat rübündə illik müqayisədə 126% artaraq 59,7 milyard dollara yüksəlib. Ötən maliyyə ilinin eyni dövründə şirkətin xalis mənfəəti 26,4 milyard dollar təşkil etmişdi.
Nvidia-nın bir səhmə düşən mənfəəti də 1,08 dollardan 2,46 dollara yüksəlib. Şirkətin mənfəət göstəricisi də bazar proqnozlarını üstələyib.
Jensen Huang: “Tələbin artması getdikcə sürətlənir”
Nvidia-nın təsisçisi və baş icraçı direktoru Jensen Huang maliyyə nəticələrini şərh edərkən bildirib: “Bu gün hesablama gücü gəlir deməkdir. Üstəlik, tələbin artması getdikcə sürətlənir”.
Huangın sözlərinə görə, süni intellekt laboratoriyaları həm ABŞ-da, həm də dünyanın digər ölkələrində güclü templə inkişaf edir və süni intellekt infrastrukturu quruculuğu sürətlə davam edir.
Nvidia səhmləri 4%-dən çox bahalaşıb
Maliyyə nəticələrinin açıqlanmasından sonra Nvidia səhmləri birja bağlandıqdan sonrakı əməliyyatlarda istiqamətini dəyişərək 4%-dən çox bahalaşıb. İnvestorlar şirkətin gələcək artım perspektivlərini müsbət qarşılayıblar.
Çərşənbə günü ticarətin bağlanışına olan məlumata görə, Nvidia səhmləri ilin əvvəlindən 12,4% bahalaşıb. Eyni dövrdə AMD və Intel səhmlərinin qiyməti isə iki dəfədən çox artıb.
Dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidia-nın maliyyə nəticələri süni intellekt bazarının əsas göstəricilərindən biri hesab edilir. Bunun əsas səbəbi şirkətin çiplərinin dünyanın iri məlumat mərkəzlərinin və qabaqcıl süni intellekt modellərinin əhəmiyyətli hissəsini enerji və hesablama gücü ilə təmin etməsidir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 29 d. əvvəl
-
44 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb


















