Rabitəbankdan təhsil işçilərinə 9,5%-dən başlayan faizlə 50 000 AZN-dək NAĞD PUL KREDİTİ
Yeni tədris ilinin başlamasına az vaxt qaldığı bir dövrdə Rabitəbank təhsil sahəsində çalışan şəxslərə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradır. Bankın müəllimlər və digər təhsil işçiləri üçün təqdim etdiyi xüsusi Nağd Pul krediti kampaniyasının başa çatmasına sayılı günlər qalıb.
31 avqust 2026-cı il tarixinədək kampaniya çərçivəsində təhsil işçiləri 50 000 AZN-dək Nağd Pul kreditini 59 ayadək müddətə və illik 9,5%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kampaniyadan faydalanmaq və ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:https://rbt.az/tehsil
Kampaniyanın üstünlükləri digər banklardakı kreditlərini Rabitəbanka transfer etmək istəyən təhsil işçilərinə də şamil olunur. Kredit transferi zamanı faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir, transfer kreditləri isə 0% komissiya ilə rəsmiləşdirilir. Bu imkan müştərilərə mövcud kredit öhdəliklərini daha sərfəli şərtlərlə Rabitəbanka köçürmək imkanı verir.
Rabitəbank müxtəlif peşə sahiblərinin ehtiyaclarına uyğun xüsusi kampaniyalar təqdim etməklə müştərilərinin maliyyə imkanlarını genişləndirməyə və onlar üçün daha əlverişli maliyyə həlləri yaratmağa davam edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı






















